Qan damarlarını təmizləmək üçün QİDA VASİTƏLƏRİ
04.03.2021 10:24

Hazırda bütün dünyada ürək-damar sistemi xəstəliklərinin yaşı cavanlaşıb. İndi orta yaşlı adamlarda da ürək-damar xəstəliklərinə rast gəlmək mümkündür. Ürək-damar xəstəliklərinin əmələ gəlməsinə stress, pis ekologiya, damarların daralması səbəb olur. Damarlarda baş verən daralmanın vaxında qeydinə qalmadıqda isə ağırlaşmalar baş verir.

 

Aztibb.az xəbər verir ki, aşağıda qeyd olunan qidaları qəbul etdikdə qan damarlarının daralması problemindən xilas olmaq mümkündür.

 

Arpa  

Arpanın tərkibində çoxlu miqdarda beta-qlükan polisaxaridi var. Bu maddə qandda xolesterinin miqdarının azalmasına səbəb olur. Arpanın tərkibində olan minerallar orqanizm üçün əvəzolunmazdır. Arpa qan damarlarında tromb əmələ gəlmənin qarşısını alır.

 

Kətan toxumu

Kətan toxumu dəmləməsi qan damarlarında olan xolesterinin, lipidlərin miqdarını aşağı salır. Kətan toxumu dəmləməsi orqanizmdə atereskleroz riskini aradan qaldırır.

 

Zeytun yağı  

Zeytun yağı maddələr mübdiləsini yaxşılaşdırır və bağırsaqlardan yaxşı sorulur. Zeytun yağının tərkibində olan Omeqa3 yağ turşusu arterial təzyiqi aşağı salır. Zeytun yağı piylənmənin qarşısını alır, qanda pis xolesterinin əmələ gəlməsinin qarşısını alır.

 

Qoz

Qozun da tərkibi Omeq3 yağ turşusu ilə zəngindir. Omeqa3 yağ turşusu qanda pis xolesterinin əmələ gəlməsinin qarşısını alır və orqanizmi ürək-damar xəstəliklərinin əmələ gəlməsindən qoruyur. Qozun tərkibindəki maddələr qan damarlarını qocalmdan müdafiə edir.

 

Balıq yağı

Balıq yağı ürək və damarlar üçün ən faydalı sayılan qida maddələrindən hesab edilir. Balıq yağının tərkibində olanlar qan damarlarında olan ateresklerozu təmizləyir və miokard infarktı riskini aradan qaldırır. Balıq yağı qanda olan lipidlərin və triqliseridlərin təmizlənməsinə səbəb olur.

 

Avokado  

Avokado ürəyin ən yaxın"dostu" hesab edilir. Onun tərkibində olan süzülməmiş yağ turşuları qan damarlarının təmizlənməsinə səbəb olur. Avokadoda olan E, B6, C vitaminləri, antioksidantlar, Omeqa3 yağ turşusu onu orqanizm üçün faydalı edir. Avokado orqanizm üçün çox faydalıdır. O qan damarlarının qocalmasının qarşısını almaqla yanaşı, ürək əzələsini də möhkəmləndirir, əhval-ruhiyəni artırır.

 

Tünd şokolad

Tünd şokoladdan tez-tez isifadə etmək damarlarda ciddi xəstliklərin əmələ gəlməsinin qarşısını alır. Onun tərkibində olan efir yağları qanda olan pis xolesterinin miqdarının azalmasına səbəb olur. Hər gün tünd şokolad yemək trombositlərin miqdarını normallaşdırır. Şokolad orqanizm üçün çox faydalı hesab edilir. O, depressiya əlamətlərini aradan qaldırır, yaddaşı yaxşılaşdırır və immuniteti yüksəldir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama