Həkim-infeksionist: "COVID-19 virusunun mövsümi hal alacağı gözlənilir"
03.03.2021 16:57
"Bildiyimiz kimi, bir çox üst tənəffüs yolu infeksiyaları mövsümi xarakter daşıyır".
 
Bunu ATU Tədris Terapevtik Klinikasının həkim-infeksionisti Aygül Əliyeva deyib.
 
İnfeksionist bildirib ki, koronavirusun kütləvi immunitet yaranana qədər davam edəcəyi gözlənilir:
 
"Eyni zamanda, koronavirusun əvvəlki növləri üçün aparılan tədqiqatlara baxdıqda ən çox qış-payız aylarında xəstəliyin yayıldığı göstərilir. 2012-ci ildə epidemiyaya səbəb olan koronavirusun digər bir növü olan MERS-CoV infeksiyasının hələ də sporadik xəstələnməyə səbəb olduğu bildirilir. Aparılan tədqiqatlar da göstərir ki, COVID-19 virusunun kütləvi immunitet yaranana qədər davam edəcəyi və mövsümi hal alacağı gözlənilir.
 
Əhalinin bir qismi artıq xəstəliyi keçirib və onlarda virusa qarşı qoruyucu antitellər yaranıb. Risk qrupunda olan şəxslərin də vaksinasiya prosesi davam edir. Əhalinin 70-80% vaksinasiya olunmalıdır ki, kütləvi immunitet yaransın. Və o zamana qədər də qoruyucu tədbirlərə davam edilməlidir"
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib