Qulaqlıqlarla yüksək tonlarda musiqiyə qulaq asmayın! - Həkimdən XƏBƏRDARLIQ
03.03.2021 11:42
3 Mart tarixi bütün dünyada Beynəlxalq Qulaq və eşitmə sağlamlığı günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən bütün dünyada təxminən 360 milyona yaxın insan karlıq və eşitmənin bu və ya digər dərəcədə itirilməsindən əziyyət çəkir. Bununla da, karlıq və eşitmənin itirilməsi ən çox rast gəlinən əlillik formalarından biridir.
 
“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu Elvin Əzizov “Karlığın və eşitmənin zəifləməsinin müalicəsi varmı?” sualını cavablandırıb:
 
"İnsan qulağı vasitəsilə eşidir. Bu vacib orqan 5 duyğu üzvlərindən biri olub, insanın ətraf mühitdə olan səs impulslarını qəbul edərək eşitməsinə və nəticədə ünsiyyət qurub ətraf mühiti qavramasına yardım edir. Eşitmənin olmaması, yəni karlıq və yaxud eşitmənin zəifliyi, insanın səsləri qəbul edə bilməməsinə və yaxud çox zəif qəbul etməsinə, nitqdə və ünsiyyətdə, sosial adaptasiyada problemlərin yaranmasına səbəb olur.
 
Karlıq və eşitmə zəifliyi 2 cür olur: anadangəlmə və sonradan qazanılmış. Anadangəlmə karlığa və eşitmə zəifliyinə irsi meyillilik, genetik xəstəliklər və ananın hamilə vaxtı keçirmiş olduğu infeksion xəstəliklər, alkoqol və siqaret kimi zərərli vərdişlərdən istifadə, daimi stress və eləcə də vaxtından əvvəl doğuşlar səbəb olur".
 
Həkimin sözlərinə görə, qazanılmış karlıq və eşitmənin zəifləməsi, itirilməsi istər uşaq yaşlarında, istərsə də böyüklərdə iltihabi xarakterli olub, xəstə tərəfindən keçirilmiş kəskin və xroniki orta otitlərdən sonra, həmçinin, qulağa olan mexaniki travmalar, yüksək səs və küylərin daimi və intensiv təsirindən sonra yaranır. Sadalanan istər anadangəlmə və istərsə də, qazanılmış eşitmə itkisi vaxtında aşkar edilərsə, müalicə və reabilitasiya müsbət nəticələr verir.
 
"Bir həkim kimi tövsiyə edirəm ki, eşitmənin itirilməsinin profilaktikası üçün qulaqlıqlarla yüksək tonlarda musiqiyə qulaq asmayın, müntəzəm olaraq yüksək səs-küylü tədbirlərdə olmaqdan yayının, uşaqları küt və ya iti alətlərlə qulaqlara müdaxilə və eləcə də yad cisimləri qulaqlarına salmağa imkan verməyin. Qulaq ağrısı, qulaqlarda tutqunluq, eşitmə zəifləməsi və ani eşitmə itkisi hiss etdikdə, sonradan fəsadların yaranmaması üçün özbaşına müalicə etməyin, mütləq mütəxəssisə müraciət edin", - deyə o, əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama