Gün ərzində nə qədər meyvə və tərəvəz yeyilməlidir? - UZUNÖMÜRLÜLÜK RESEPTİ
02.03.2021 17:46

Ciddi müəyyən edilmiş miqdarda meyvə və tərəvəzin hər gün istifadəsi daha uzun ömür yaşamağa imkan verir. Bu nəticəyə ABŞ alimləri gəliblər.

 

Aztibb.az medikforum.ru-ya istinadən xəbər verir ki, Harvard Səhiyyə Məktəbinin tədqiqatçıları sübut ediblər ki, gündəlik iki porsiya meyvə, üç porsiya tərəvəzin istehlakı ölüm faizinin daha aşağı olmasına və maksimal uzunömürlülüyə səbəb olur. Rasiondakı meyvə və tərəvəzlərin miqdarını artırmaq isə hər hansısa bir əlavə üstünlüklərə gətirib çıxarmayacaq. Ona görə də, ABŞ alimləri qidalanma məhsullarının ciddi xroniki xəstəliklərin qarşısını almağa imkan verən, sağlamlığımız üçün ən faydalı və optimal dozasını hesablayıblar.


Lakin bütün meyvə və tərəvəzlər eyni cür faydalı deyil. Yaşıl yarpaqlı tərəvəzlərə (ispanaq daxil olmaqla, kələmin və xiyarın müxtəlif növlərinə) xüsusi diqqət ayırmaq lazımdır. Beta-karotinli tərəvəzlər, sitruslar, həmçinin giləmeyvələr olduqca faydalıdır.

 

Qeyd edək ki, kartof, qarğıdalı və noxud kimi tərkibində nişastanın yüksək olduğu tərəvəzlər, o cümlədən meyvə şirələri tədqiqatın gedişatında ölüm və ya xroniki xəstəliklər riskini aşağı salmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama