Tovuz və Ağstafada uşaqlar onkoloji müayinələrdən keçiblər
02.03.2021 12:58

“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə  “Böyük mübarizənin kiçik qəhrəmanları” adlı sosial layihə çərçivəsində Tovuz və Ağstağa rayonlarında uşaqların onkoloji müayinələri keçirilib.

 

Aztibb.az xəbər verir ki, Milli Onkologiya Mərkəzinin səyyar həkim heyəti tərəfindən şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək vaxtında müalicəsini aparmaq məqsədilə həyata keçirilən aksiya 1200-dən çox uşağı əhatə edib. Onlar qalxanabənzər vəzi, boyun şişləri, ultrasəs, döş qəfəsinin rentgenoskopiyası və digər müayinələrdən keçirilib.

 

Tovuz və Ağstafa Rayon Mərkəzi Xəstəxanalarında aparılan müayinələr zamanı bir sıra uşaqlarda şişönü və şiş xəstəlikləri aşkar olunub, bu xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr müvafiq profilli xəstəxanalara göndərilib, eləcə də yerində məsləhətlər verilib.

 

Tibbi müayinələrin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır