Epilepsiya xəstəsi olan qadınlar hamiləlik zamanı necə davranmalı? - Uzman nevroloq
02.03.2021 10:24
Epilepsiya xroniki, bir çox hallarda isə ömür boyu sürən bir xəstəlik olduğundan, qadın xəstənin həyatının bir cox mərhələlərinə – cinsi inkişafa, doğuşun kontroluna, hamiləliyə və dölün inkişafına, ana-uşaq arasındakı əlaqələrə təsir edir. Epilepsiya xəstəsi olan qadının tutmalarında, qanındakı estrogen və progesteron nisbətindən asılı olaraq dəyişikliklər olur.
Bunu “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının uzman nevroloqu Arzu Məhərrəmova “Qadınlarda epilepsiya və diqqət ediləcək önəmli məqamlar” mövzusunda verdiyi məlumatda deyib.
Həkimin sözlərinə görə, epilepsiya müalicəsi alan qadınlar daha erkən yaşda menopauzaya girə bilirlər. Hormonlara qarşı çox həssas olan tutmalar zamanı müvafiq hormon müalicəsi təyin etdikdə yaxşı təsir edir. Epilepsiya xəstəsi olan qadınların hamiləliyi riskli hesab edilir. Bununla bərabər, epileptik hamilələrin çoxunda nə hamiləlikdə, nə də doğuşda hər hansı bir problem olmur:
"Hamiləliyin planlanması ilə bu dövrdəki risklərin mümkün olduğu qədər azaldılması və epilepsiya tutmalarının kontrol altına alınması həyata keçirilə bilər. Hamiləlik zamanı tutma sıxlığının artması, epilepsiya müalicəsinin dölə təsiri və hamiləlik zamanı ortaya çıxacaq problemlər yaxından təqib edilməlidir. Hamilə qalmadan 1-3 ay öncə xəstəyə 4-5 mq fol turşusu təyin edilməli və ən azı 12 həftə qəbulu davam etdirilməlidir".
O, bildirib ki, epilepsiya xəstəsi olan qadınları narahat edən suallardan biri hamiləlik zamanı istifadə olunan epilepsiya əleyhinə müalicənin dölə təsirinin olub-olmamasıdır. Epilepsiya əleyhinə müalicənin döldə anormallıq yaratma kimi yan təsiri vardır. Tutmalar həm anada, həm də döldə hipoksiyaya (oksigensizliyə) səbəb olduğundan risklidir. Digər bir məsələ epilepsiya üçün istifadə olunan dərmanların dozası və sayıdır.
Hamiləlik dövründə istifadə olunan dərmanın dozası artırılarsa, doğuşdan sonra intoksikasiya yaranmaması üçün doza azaldılmalıdır. Əgər xəstə hamilə qaldıqdan sonra müraciət edirsə, müalicə dəyişdirilməməli və kəsilməməlidir. Doğuşa gəldikdə isə, epileptik hamilə qadın həm təbii yolla, həm də kesar əməliyyatı ilə uşaq dünyaya gətirə bilər.
Epilepsiya əleyhinə dərmanların çoxu ana südünə keçir. Lakin bu dərmanların miqdarı az olduğundan, heç bir problem olmadan ana uşağı əmizdirə bilər. Beləliklə, epileptik qadın xəstəyə müalicəyə başlarkən bu nüanslara mütləq diqqət edilməlidir".
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

