İnsan orqanizmi üçün siqaretçəkmənin zərəri havanın çirklənməsindən daha çoxdur
21.04.2024 14:41

ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov ətraf mühitin çirklənməsinin dolayısı ilə ağciyər xərçənginə gətirib çıxarması ilə bağlı suallara aydınlıq gətirib.

 

Aztibb.az xəbər verir ki, dosent Rafiq Bayramov bildirib ki, havanın çirklənməsi ağciyərlərin, bronxların, ümumilikdə tənəffüs orqanlarının zədələnməsində və müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xərçənginin yaranmasında əsas faktordur.

 

Onun sözlərinə görə, insan orqanizmi üçün siqaretçəkmənin zərəri havanın çirklənməsindən daha çoxdur: “Havanın çirklənməsi pnevmokonioz dediyimiz peşə toz xəstəliyinin yaranmasına səbəb ola bilir. Eyni zamanda insanın uzun müddət çirkli hava ilə nəfəs alması ağciyər xərçənginin yaranmasında da əsas faktorlardan biridir. Əhalinin sıx yaşadığı şəhərlərdə havanın vahid həcmində olan toz hissəciklərinin, xüsusilə də kiçik, 3 monometrə qədər olan hissəciklərin ağciyərlərin daha dərinliklərinə, yəni kiçik tənəffüs, bronx yollarına qədər getməsi və onları zədələməsi geridönməz dəyişikliklərin yaranmasına səbəb olur. İstər maşın tüstüsü, istərsə də sənaye müəssisələrinin fəaliyyəti nəticəsində havaya buraxılan zərərli qarışıqlar, tikinti işləri zamanı əmələ gələn toz hissəcikləri nə qədər çox olarsa, bu, insanların tənəffüs orqanlarına, ağciyərlərə bir o qədər mənfi təsir göstərər. Həmçinin siqaretin ağciyərə çirkli havadan daha zərərli olmasını mütləq söyləməliyəm. Çünki, insan təmiz hava şəraiti olan mühitdə yaşasa belə, əgər tütünçəkmədən istifadə edirsə, həm özünün, həm də istifadə etdiyi tüstünün tərkibindəki qarışıqların ətrafa yayılması nəticəsində başqalarının sağlam tənəffüs hüququ pozulur. Beləliklə, ağciyər xərçəngi və son dövrlərdə çox rast gəlinən, ağciyər toxumasının sərtləşməsi kimi tanınan İdiopatik Pulmoner Fibroz (İPF) xroniki ağciyər xəstəliyinə tutulma riski artır. Bütün dünyada, eləcə də ölkəmizdə sürətlə artan, ölüm göstəricisinə görə 3-4-cü yerdə dayanan, interstisial ağciyər xəstəlikləri içərisində daha aktual olan  idiopatik ağciyər fibrozunun ilkin və başlıca yaranma səbəbi də tütünçəkmədir”.

 

Ekoloji təmizliyin, havanın çirklənməsinin qarşısını almağın vacibliyini, ancaq siqaretçəkmənin daha ciddi problem olduğunu vurğulayan həkim-ftiziopulmonoloq təəssüflə qeyd edib ki, dövlət rəhbərliyi səviyyəsində qərarların verilməsinə, ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsinə və müəyyən cərimələrin tətbiqinə baxmayaraq, insanlarımız arasında bu zərərli vərdişdən istifadə edənlərin sayı hələ də kifayət qədərdir.

 

Son dövrlərdə oğlan tələbələrlə yanaşı, qız tələbələr arasında siqaret çəkənlərin çoxaldığını ddeyən dosent R.Bayramov diqqətə çatdırıb ki, siqaretin bəzən stressə müsbət təsir göstərməsi haqda yayılan fikirlər də yanlışdır. Siqaret çəkmək nəinki stressi aradan qaldırmır, əksinə, stressin orqanizmə neqativ olan tərəflərini birə-beş artırır. Bundan əlavə, hazırda istifadə olunan siqaretin tərkibində tütündən başqa istənilən kimyəvi maddə var və bu maddələrin toksiki təsiri əvvəllər istifadə olunan tənbəkinin təsirindən qat-qat yüksəkdir. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib