Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib
16.04.2024 11:19
Naftalan Şəhər İcra Hakimiyyətinin və Naftalan Şəhər Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib.
Naftalan ŞMX-dan Aztibb.az-a bildirilib ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Hüseynova çıxış edərək akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu, zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər barədə danışıb. O, görkəmli oftalmoloqun yazdığı fundamental əsərlərin, elmi monoqrafiyaların bu gün də öz aktuallığını itirmədiyini bildirib.
Daha sonra çıxış edən Naftalan Şəhər Mərkəzi Xəstəxanasının ümumi cərrahı İsmayıl İsmayılov Zərifə xanım Əliyevanın göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, alim tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının müalicə işləri üzrə müavin vəzifəsini icra edən Roza Qafarova isə Zərifə xanım Əliyevanı tələbəlik illərində gördüyünü deyib. Onun sadə, mehriban və qayğıkeş insan olduğunu vurğulayıb.
Sonda Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Bu bölməyə aid digər xəbərlər
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

