Psixiatr: "Kəllə beyin travması, neyroinfeksiyalar Parkinson əlamətlərinin yaranmasına gətirib çıxara bilər"
11.04.2024 14:16

Parkinson xəstəliyi Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. Mərkəzi sinir sistemində defamin neyronların məhv olması ilə inkişaf edir. Parkinson xəstəliyi adətən 60 yaşdan sonra əmələ gəlir.

 

Bu barədə Aztibb.az-a Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı Dilavər Qurbanov Parkinson xəstəliyi haqqında danışarkən bildirib.

 

Onun sözlərinə görə, Parkinson xəstəliyinin səbəbləri hələ tam aydınlaşmayıb. Xəstəlik genetik meyl və ətraf mühit faktorlarının qarşılıqlı təsiri nəticəsində yarana bilər. Pestidisidlər ağır metallar və bəzi kimyəvi maddələr kimi toksinlərin xəstəliyə səbəb olması ehtimalı üzərində tədqiqatlar davam edir.

 

D.Qurbanov qeyd edib ki, kəllə beyin travması, neyroinfeksiyalar da parkinson əlamətlərinin yaranmasına gətirib çıxara bilər:


"Bu xəstəlik adətən titrəmə əzələ sərtliyi ,hərəkətlərin yavaşıması ilə başlayır. Əlamətlər tədricən inkişaf edir. Hərəkətlər getdikcə məhdudlaşır, yerimək çətinləşir. Xəstə gövdə önə əyilmiş vəziyyətdə xırda addımlarla yeriyir. Ətraflarda əzələ tonusu kəskin yüksəlir. ’’Dişli çarx sindromu’’, ’’xırda pul sayma ” simptomu olur. Parkinson xəstəliyinin akineto - rigid, əsmə formaları olur".


Psixiatr əlavə edib ki, Akineto – rigid formada hərəkətlər tam məhdudlaşır, yeriş kəskin çətinləşir, bəzən tam pozulur. Xəstəlik inkişaf etdikcə ruhi sferada dəyişikliklər yaranır. Yaddaş zəifliyi – demensiya inkişaf edir, yuxu pozğunluğu, intellektin enməsi, digər psixi pozuntular yaranır.

 

"Xəstəliyin müalicəsi zamanı əzələ tonusunun tremoru azaldan, neyronların funksiyasını bərpa edən dərman vasitələri Nakom, Cikladol, Midokalm, Serebrolizin, Kortexin, Ornovin, Qabavin, Liposom, Memantin, Pirasetam və s. dərman vasitələrindən istifadə olunur.

 

Təbii vasitələrlə müalicə :
1.Qıjı bitkisinin kökündən vanna şəkilində istifadə olunur;
2.Dəfnə yarpaqlarından hazırlanan məlhəm formasından istifadə olunur;
3.Ayaqlarda olan əsməni aradan qaldırmaq üçün Lavanda bitkisindən istifadə etmək olar.

Parkinson xəstəsinin ümumi halını yaxşılaşdırmaq üçün itburnu və şalfey dəmləməsi yaxşı effekt verir", - deyə o, bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır