"Varikoz genişlənmiş damarlar müalicəsiz qalarsa, xəstədə amputasiya riski yarana bilər”  
01.03.2021 13:18

Varikoz ümumi anlayışdır, bəzi insanlarda kapilyar, digərlərində isə damar genişlənməsi formasında rast gəlinir. 

 

Bu barədə ürək-damar cərrahiyyə uzmanı, həkim Cabir Gülmalıyev sosial şəbəkədə məlumat verib.

 

Həkimin sözlərinə görə, kapilyarların müalicəsi daha çox estetik xarakter daşıyır və insanların istəyinə bağlı olur. Damarların genişlənməsi isə əksinə, müalicə olunmadıqda ciddi fəsadlara yol aça bilir:

 

“Hər iki halda müalicə mütləqdir və gecikdirilməməlidir. Varikoz genişlənmiş damarlar müalicəsiz qalarsa, xəstədə amputasiya riski yarana bilər”.

 

Cərrahın sözlərinə görə, damar çatışmazlığının ağırlaşmış mərhələlərində ayaqlarda venoz və trofik yaralar, ağciyər arteriyasının tromboembolizmi və s. yarana bilər. İnfeksiyalı yaraların müalicəsi gecikərsə, yaxud müalicə edilməzsə, xəstələrdə proses daha da irəliləyər. Nəticədə, ayaq müxtəlif hissələrdən kəsilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama