Bu vitaminin həddən artıq qəbulu xərçəng yaradır 
01.03.2021 10:44

Rusiyalı həkim və televiziya aparıcısı Yelena Malışeva şəxsi "Instagram" hesabında A vitamini çatışmazlığından danışıb.

 

Aztibb.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis A vitamininin icazə verilən maksimum dozaları olduğunu izah edib.

 

"Gündəlik doza bütün cins və yaşlar üçün 1300 mikroqramdan çox olmamalıdır. Gündəlik dəyər kişilər üçün 900 mikroqram, qadınlar üçün 700 mikroqram, uşaqlar və yeniyetmələr üçünsə 300-600 mikroqramdır. İlk 3 ayda hamilə qadınlara A vitamini ilə zəngin olan qidalar tövsiyə edilmir. Hamiləlik dövründə A vitamini özbaşına istifadə edilməməlidir".

 

Y.Malışeva qeyd edib ki, A vitamininin həddindən artıq qəbulu həyati təhlükə daşıyır: "Ümumiyyətlə, hər cür pəhriz əlavəsi və ya dərman şəklində A vitamini qəbulu onun həddindən artıq dozası deməkdir. Həddindən artıq dozada A vitamini hamıda xərçəng riskini artırır, xüsusilə, ağciyər xərçəngi siqaret çəkənlərdə daha da güclənir. Siqaret çəkirsinizsə, A vitamini qəbul edə bilməzsiniz".

 

Mütəxəssis A vitamininin dərinin yenilənməsini və görmə qabiliyyətini artırdığını da əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama