Uşaqlarda boy artımı
01.03.2021 10:00

Fiziki inkişafın və boyun ləngiməsi orqanizmdə samatatrop adlanan hormonun kifayət qədər olmaması nəticəsində meydana çıxır. Anadangəlmə qısaboyluluq zamanı uşağın çəkisi və boyu yaşıdlarından geri qalır. Bunun ilk əlamətləri uşağın 2-3 yaşında özünü büruzə verir. İllik boy artımı normada 7-8 santimetr olduğu halda, həmin uşaqlarda 3-4 santimetr təşkil edir.

 

Uşağın boyuna birbaşa təsir edən amillərdən biri onun düzgün qidalanmasıdır. Qidalanma rasionuna əsasən kalsium tərkibli maddələr üstünlük təşkil etməlidir. 

 

Aztibb.az boy artımına səbəb olan qida məhsullarının adlarını təqdim edir:

 

Yulaf - A, B, E, K vitaminləri, maqniy, kaliy, ftor, yod, sinklə zəngindir. Əzələ və skeleti təmin edir, həzmi yaxşılaşdırır. Süddə sıyığı hər gün verilə bilər.

 

Yumurta - D vitamini ilə zəngindir, təmiz zülaldır. Uşağa suda bişmiş yumurta verin.

 

Paxlalılar (noxud, mərci, lobya) - Bitki zülalıdır, B qrup vitaminləri ilə zəngindir, boyu uzadır, enerji verir.

 

Kəsmik - D vitamini, kalsiy, maqniylə zəngindir. Sümükləri bərkidir. Tərkibində boyu uzadan maddələr var.

 

Alma - Orqanizmi dəmirlə zənginləşdirir. B qrup vitamin, kalsium, maqniy, beta karotin ilə zəngindir.

 

Qoz - Beyin, yaddaş, ürək üçün vacibdir. Amin turşuları boya təsir edir.

 

Dəniz məhsulları - Zülal və B 12 ilə zəngindir.

 

Balıq əti və qırmızı ət  - Ürək, damar, sümük sistemini möhkəmləndirir, D vitamini mənbəyidir, boy hormonunu aktivləşdirir.

 

Boyu təbii yolla artırmaq üçün sağlam qidalanma ilə yanaşı, fiziki hərəkətlərlə də məşğul olmaq tövsiyə edilir. Hər gün kök şirəsi qəbul edilməsi də boy artımına nail olmaq üçün faydalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama