Hansı spirtlər bakteriyaları məhv etmək üçün daha effektlidir? - SƏBƏBİ
27.02.2021 11:50

Nəyə görə biz bakteriyaları öldürmək üçün 100%-lik yox, 70% və 95%-lik spirtlərdən istifadə edirik?

 

Aztibb.az xəbər verir ki, bu sualın cavabını həkim-anestezioloq Şahin Məmmədov sosial şəbəkədə etdiyi paylaşımda verib.


Həkim bildirib ki, spirt suyun vasitəsilə bakteriya hüceyrəsinin içərisinə daxil ola bilir. Bakteriyanı tez öldürə bilməsi üçün gərək spirt hüceyrə daxilinə keçə, oradakı zülalları denaturasiyaya uğrada və yağları həll edə. Ona gorə su qatılmış, yəni 70%-lik spirt bakteriyanı daha tez öldürə bilir. 95%-lik isə 100%-lik spirtə çox yaxındır, tez buxarlanır və o, hüceyrə içərisinə keçə bilmir. Sadəcə güclü hiqroskopik olduğu üçün hüceyrə içərisindən suyu sorub cıxardır, hüceyrə susuz yığcamlaşır və bir müddət sonra ölür.

 

"Belə ki, biz əzələyə iynə vuranda satışda olan tibbi spirtlə həmin nahiyəni silib iynəni əzələyə sancırıq və bu yolla bakteriyaların öldürdüyümüzü düşünürük. Əslində isə nahiyəni sadəcə mexaniki təmizləyirik. Bakteriyanın məhv olması isə gec baş verir", deyə - həkim əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama