Dərini təravətləndirməyin ÜSULLARI - Təbii maskalar
26.02.2021 18:30

Dəriyə qulluq dərinin qorunması və möhkəmləndirilməsi üçün edilən prosedurlar kompleksidir.

 

Aztibb.az dərini təravətləndirməyin üsullarını təqdim edir. 

 

Dərinizin hamar görmək istəyirsinizsə bananlı qidalandırıcı maska çəkin. Orta ölçüdə 1 bananı əzib üzərinə 1 çay qaşığı qidalandırıcı krem, 1 çay qaşığı zeytun yağı, yarım çay qaşığı limon suyu əlavə edib qarışdırın. Qarışığı üzünüzə sürtüb 15-20 dəqiqə saxladıqdan sonra yuyun.

 

Göz altında olan sallanmış dəridən xilas olmaq üçün soyulmuş kartofu sürtkəcdən keçirib gözə və alına qoyun, 20 dəqiqidən sonra həmin hissənın təravətləndiyini görəcəksiniz.

 

Göz altındakı göyərmədən xilas olmaq üçün isə qara və yaşıl çayı qarışdıraraq dəmləyib, soyuduqdan sonra gözün altına kompress qoymaq lazımdır. 15-20 dəqiqədən sonra onları götürüb, süddə islanmış pambığı həmin hissəyə qoyaraq 15 dəqiqə gözləmək lazımdır.

 

Qıcıqlanmış dərini sakitləşdirmək, üzün dərisindən yorğunluğu götürmək üçün kefir maskasından istifadə edin. 100-200 qr yağlı kefiri 20 dəqiqə müddətində bir neçə dəfə üzünüzə sürtüb silin. Sonda ilıq su ilə yuyun.

 

Dərinizin tonusunu qaldırmaq istəyirsinizsə yumurtanın ağına zeytun yağı və bir neçə damcı limon suyu töküb üzünüzə çəkin. Bu maska yağlı dəri üçündür.
Quru dərini tonuslandırmaq üçün isə kəsmiyi və ya xamanı qaymaqla qarışdırıb dəriyə çəkmək olar.
Normal dərini tonuslandırmaq üçün bananla qreypfrutun şirəsini qarışdırıb üzə sürtmək lazımdır.

 

Üzün dərisindən solğunluğu götürmək üçün sizə meyvə və tərəvəzlərdən hazırlanmış qidalandırıcı maskalar kömək edəcək.
Quru dəri üçün, iki orta ölçülü yerkökünü sürtgəcdən keçirib, yumurta sarısı ilə qarışdırıb 10-15 dəqiqə üzdə saxlayıb, sonra yumaq lazımdır. Normal dərisi olanlar yumurta ağını üzün dərisinə çəkib, 10-15 dəqiqədən sonra isti su ilə yumalıdır.

 

Əgər dərinizə həddən artıq yağlanma varsa və bu makyaj etdikdə dərini parlaq göstərirsə kosmetoloqun bir neçə məsləhəti bu məsələdə sizə yardımçı olacaq. Bir banka suya bir neçə damcı sirkə qatıb pambıqla silmək lazımdır. Sirkə üzdəki yağları aparır, masamələrdəki çirkləri təmizləyir. Bu proseduru gecə makiyajından sonra etmək daha məqsədəuyğundur.

 

Yanağınızı çəhrayılaşdırmaq istəyirsinizsə, çiyələk və çobanyastığı qarışığını soyuducuda dondurmaq lazımdır. Sonra həmin buz parçası ilə üz silinməlidir. Buzu bir yerdə iki saniyədən artıq saxlamaq olmaz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama