Baş, boyun və ürək ağrısından şikayət edənlər əsasən stulda düzgün əyləşməyənlərdir
26.02.2021 17:48

Ofis şəraitində işləyənlər, eləcə də tələbə və şagirdlər, bir sözlə, insanların böyük bir qismi vaxtının çoxunu kompüter arxasında keçirir. Həmin hal davamlı olduqda isə bel və boyun ağrıları, orta yaşlarda varikoz, ayaq ağrıları, onurğa əyriliyi, həmçinin gözlə əlaqədar problemlərə aparıb çıxarır. Həkimlər bildirirlər ki, düzgün oturuş qaydalarına lap körpəlikdən alışmaq lazımdır.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-fizioterapevti Səidə Kərimovanın sözlərinə görə, valideynlər uşaqların düzgün oturuş qaydalarını lap körpə vaxtlarından formalaşdırmalıdırlar. Məsələn, uşağı altı ayından tez oturtmaq olmaz. Bu, gələcəkdə onlarda onurğa problemlərinə səbəb olur, qamət pozuntusu yaradır. Həmin pozuntu isə get-gedə onurğada əyriliklər əmələ gətirir. Onurğanın yana əyilməsi skolioz, önə əyilməsi kifoz, içəriyə doğru əyilməzi isə lordoz adlanır. Qamət pozuntusu əmələ gəldikdə isə onurğada artıq disk yırtıqları yaranır.

 

Günün çox hissəsini işdə keçirənlər düzgün oturmağa çalışmalı, işlədikləri məkanda özlərinə rahatlıq yaratmalıdırlar. Həkim-fizioterapevt bildirib: “Oturaq iş şəraitində və ya ofisdə çalışanlar 6-8 saat hərəkət etmədən oturmalı olurlar. Yaxşı olar ki, onlar arada durub otağın içərisində olsa da, müəyyən fiziki hərəkət etsinlər, heç olmasa, bir qədər addımlamaq lazımdır. İlk növbədə stolda onurğanı əymədən, düzgün vəziyyətdə oturmaq tövsiyə olunur. Açıq havada gəzmək, onurğaətrafı əzələni gücləndirən idman hərəkətləri etmək məsləhətdir. Baş, boyun və ürək ağrısından şikayət edənlər əsasən stulda düzgün əyləşməyənlərdir”.

 

Mütəxəssislər bildirirlər ki, kompüter arxasında uzun müddət işləyənlər bir neçə qaydaya əməl etməklə sağlamlıqlarını qoruya bilərlər. Uzun müddət oturmaqdan yaranan sərt ağrılardan xilas olmaq üçün ofis şəraitində bir neçə idman hərəkəti etmək çox faydalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama