Erkən klimaksın yaratdığı FƏSADLAR - Səbəbi və müalicə ÜSULU
26.02.2021 10:04

Erkən klimaks estrogen çatışmazlığı nəticəsində yaranan və aybaşının erkən və yaxud vaxtından əvvəl kəsilməsi ilə müşayiət olunan dəyişikliklər kompleksidir.

 

Aztibb.az xəbər verir ki  bu barədə mama-ginekoloq Təravət Məmmədova məlumat verib.

 

Həkim vurğulayıb ki, erkən 45 yaş, vaxtından əvvəl deyildikdə isə 40 yaş nəzərdə tutulur.

 

Onun sözlərinə görə, ağırlaşmış irsiyyət, travma, yumurtalıqların iltihabı və törəmələri, onların xaric edilməsi, funksiyasının medikamentoz və ya toksiki yolla sönməsi cavan yaşlarda qadın cinsi hormonlarının səviyyəsinin azalmasına səbəb olur.

 

T.Məmmədova qeyd edib ki, erkən klimakterik dövr vazomotor, emosional və metabolik-trofik pozğunluqlarla təzahür edə bilər.

 

"Diaqnoz tipik şikayətlərə və laborator yolla estrogenlərin azalmasının təsdiqinə əsasən qoyulur. Başlıca müalicə üsulu əvəzedici hormonoterapiyadır", - deyə mama-ginekoloq bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama