"YAŞAT" Fondu: "Bu gün daha 2 qazimizi Türkiyəyə yola saldıq"
26.02.2021 11:30

"Türkiyədən ölkəmizə bir qrup həkimlər dəvət olunmuşdu. Həmin həkim heyətinin tərkibində ortoped, travmatoloq, ümumi cərrah, beyin cərrahı və digər ixtisaslı həkimlər var idi. Onlar üç gün ərzində bizim tibb müəssisələrində ağır vəziyyətdə olan qaziləri müayinə ediblər".

 

Aztibb.az xəbər verir ki, bunu APA-ya açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.

 

O, bildirib ki, müayinələrin nəticəsinə uyğun olaraq əgər qazilərimizin ölkə xaricində əməliyyatına və müalicəsinə ehtiyac yaranarsa onlar xaricdə müayinə və müalicəyə göndərəcəklər: "Hazırda 18 qazimiz Türkiyədədir. Bu gün daha 2 qazimizi Türkiyəyə yola saldıq. Qarşıdakı günlərdə növbəti qazilərimizdən də əməliyyat üçün Türkiyəyə yola salınanlar olacaq. Təxminən 10-a yaxın qazimiz artıq Türkiyədə əməliyyat olunub, vəziyyətləri normaldır. Hər bir qazimizlə hər gün maraqlanırıq, onların müalicəsinin necə getdiyini diqqət mərkəzində saxlayırıq. İsraildən isə yaxın günlərdə göz həkimlərinin ölkəmizə gəlməsi nəzərdə tutulur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır