Dırnaq yeməyin ZƏRƏRLƏRİ
25.02.2021 22:01

Dırnaq altında müxtəlif mikroblar, bakteriyalar və qurd yumurtaları toplanır. Biz əllərimizi yusaq da onlara təsir edə bilmirik. Dırnaq yeyənlər asanlıqla həmin mikroorqanizmlərə yoluxur, ona görə də dırnaqlar tez-tez tutulmalıdır. 

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. 

Həkimin sözlərinə görə, dırnaqətrafı dərini yeyənlər və dırnaqlarına manikür etdirənlər onların ətrafındakı sərtləşmiş dərini kəsdirdiyindən dərinin müdafiə qabiliyyəti azalır və dırnaqların altındakı ziyanlı mikroorqanizmlər asanlıqla bədənimizə keçə bilir. Bundan başqa, kimləsə əl verib görüşəndə də dəridə yaşayan HPV (humulus papilloma virusları), mikroblar və göbələklər dərinin zədələnmiş nahiyələrindən bədənimizə keçə bilir, bu zaman dəri kondilomaları və kandidozlar əmələ gəlir.

 

F.Hüseynov qeyd edib ki, dırnaqlarını yeyən uşaqların həmin vərdişini tərgitmək üçün barmaqlarına acı bibər və ya acırğa kökü sürtülə bilər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev