Gün ərzində 12-33 qram lifli qida qəbulunun ORQANİZMƏ TƏSİRİ
25.02.2021 18:22

Sağlamlıq əslində sağlam və qatqıların olmadığı qidalardan başlayır. Sağlam qidalanmanın əsasını təşkil edən komponentlərdən biri də lifli qidalardır. Aparılan tədqiqatlara əsasən, gün ərzində hər kəsə 12-33 qram arasında lifli qida qəbul etmək məsləhət görülür. Lifli məhsullarla qidalanma qan təzyiqini normaya salır, xolesterol səviyyəsini tənzimləyir, həmçinin mədə-bağırsaq sisteminin sağlamlığına müsbət təsir göstərir. Meyvə-tərəvəz və paxlalı bitkilərdə olan bəzi lif növləri orqanizmdə kalsium kimi əhəmiyyətli mineralların sorulmasına kömək edir.

 

Aztibb.az xəbər verir ki, Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva bildirib ki, lifli qidalar əsasən avokado, əncir və paxlalı bitkilərin tərkibində daha çox olur. Artıq çəkidən azad olmağa, hormonal sistemin tənzimlənməsinə kömək edir. Yaşından, cinsindən asılı olmayaraq hər kəsin lifli qidalar qəbul etməsi gün ərzində metabolizmi sürətləndirir. Lifli qidaların bir faydası da insanı tox tutmasıdır. Onun sayəsində həm də düzgün qaydada artıq kilolardan xilas olmaq mümkündür. Qəbul edilən hər 1000 kalori üçün 14 qram lif tövsiyə olunur. Bu, yetkin qadınlarda 25, kişilərdə isə 38 qram lif deməkdir. Həmin qidalar maddələr mübadiləsini sürətləndirir, eyni zamanda, ürək xəstəliklərinin inkişafının qarşısını alır.

 

Mütəxəssislər gündəlik qida rasionunda lifli qidalara yer ayırmağın vacibliyini qeyd edirlər. Hesab edilir ki, bu növ məhsullara üstünlük vermək daha sağlam həyat tərzi sürməyə səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama