Amniotik bant sindromu necə yaranır? - Səbəbləri/Müalicəsi
25.02.2021 12:07

Bətndaxili dövrdə uşaq amniotik qişadakı mayedə üzür. Hər hansı təsir nəticəsində (iltihab, uğursuz hamiləlik və s.) amniotik qişa zədələnir. Amnion qişa uşağın başına, ayağına, qoluna və bütün orqanlarına dolana bilər. Yaranan amniotik band dölün toxumalarını əhatə edir və təzyiq göstərir. Nəticədə, sıxılmış hissədən aşağı nahiyyəyə qan və oksigen axını pozulur. Əvvəlcə yüngül ödem yaranır və sonra isə həmin üzvün inkişafdan qalması, ağır hallarda qopması baş verir. Uşağın orqanlarına dolandıqda amnion zar əl və ayaqda inkişaf pozğunluğuna səbəb olur. Yumru ayaq, əl və ayaqların yetərsiz böyüməsi, pərdəli barmaqlar, yarıqdodaq kimi inkişaf qüsurları yarana bilər.

 

Pediatr-neanotoloq Nurəngiz Hacıyeva sosial şəbəkədə amniotik bant sindromu adlı qüsur haqqında məlumat paylaşıb.

 

Həkim bildirib ki, bu xəstəliyin diaqnozu bətn daxilində USM-ə əsasən təyin edilir. Əgər amniotik band dölün həyati vacib orqanlarına dolanıb onu sıxarsa, (baş, boyun, göbək ciyəsi) hamiləlik dayandırılmalıdır. 

 

"Ətraflarda yaranan fəsadlar, uşaq travmatoloqu tərəfindən mərhələli əməliyyat nəticəsində müəyyən qədər düzələ bilir", - deyə pediatr əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama