Soyuq günlərdə sağlamlığa müsbət təsir göstərən İSTİ İÇKİLƏR  
25.02.2021 12:08

Soyuq havalı günlərdə isti içkilər qəbul etmək çox faydalıdır. Yeməkdən bir müddət sonra qəbul edilən isti içki, o cümlədən çay infarkt, beyin-damar xəstəlikləri riskini azaldır. Xüsusən yaşıl çayda olan antioksidantlar yaddaşsızlığa səbəb olan fermentin aktivləşməsinin qarşısını alır. Lakin qeyd etmək lazımdır ki, yaşıl çayın tərkibində kofein mövcud olduğundan həkimlər gün ərzində iki fincandan artıq içməyi məsləhət görmürlər.

 

Aztibb.az xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Rasionumuzda xüsusi yer tutan qəhvə antioksidantlarla zəngin olduğu üçün xərçəng riskini azaldır. Araşdırmalar göstərir ki, qəhvə həm də şəkər xəstəliyinin yaranmasının qarşısını alır. Ona görə də gün ərzində iki-üç fincan qəhvə içmək məsləhətdir. Lakin unutmaq olmaz ki, qəhvənin çox qəbul edilməsi yuxu probleminin yaranmasına səbəb olur. Həmçinin qəhvənin tərkibindəki kofestol maddəsi qanda xolesterini yüksəldir”.

 

Mütəxəssislər bildirirlər ki, qara çay mövsümi soyuqdəymələr zamanı çox faydalıdır. Tərkibi B2, C və E vitaminləri ilə zəngin olan çay qan dövranını yaxşılaşdırır. Bu ətirli içki ürək-damar xəstəliklərinə profilaktik təsir göstərir. Həddindən çox çay içmək yuxusuzluğa, ürək döyüntülərinin artmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər.

 

Həkim-diyetoloq bildirib: “Bol vitamin və minerallarla zəngin olan süd isə həm də zəngin kalsium mənbəyi hesab olunur. Süd yaddaşı gücləndirməklə qanda xolesterinin səviyyəsini azaldır, dişlərin erkən çürüməsinin qarşısını alır. Həmçinin bu içki dərini cavan saxlayır. Araşdırmalar göstərir ki, süd həm də mədə-bağırsaq xəstəliklərinin dərmanıdır. Gün ərzində bir neçə dəfə süd qəbul etmək olar. Sinir toxumalarının inkişafında süd qəbul edilməsinin xüsusi rolu var”.

 

Beləliklə, isti içkilər soyuq aylarda həm canı isidir, həm də sağlamlığa çox müsbət təsir göstərir.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
  Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub