Uşaqlarda rast gəlinən ALLERGİK XƏSTƏLİKLƏR
25.02.2021 11:05

Uşaqların orqanizmi həssas olduğu üçün onlar böyüklərə nisbətən allergik xəstəliklərə daha çox meyilli olurlar. Bu isə özünü ən çox yaz aylarında göstərir. Uşaqlarda ən çox hansı allergik xəstəliklərə rast gəlinir? Aztibb.az həmin xəstəlikləri təqdim edir:

 

Allergik bronxit - Azyaşlılarda tez-tez rast gəlinən allergik xəstəlikdir. Bəzi allergiyaların ağırlaşmaları zamanı bronxların iltihablaşması ilə müşayiət olunur.

 

Allergik rinit - Bu xətəliyə ən çox yaz aylarında rast gəlinir. Çiçək tozcuqlarının, havada olan tozların, tüklü oyuncaqların burunu qıcıqlandırması nəticəsində əmələ gəlir.

 

Qida allergiyası - Adətən körpə yaşlarından müxtəlif qida vasitələrinə qarşı olan allergik xəstəlikdir. Xəstəlik özünü dəridə qızartılarla büruzə verir.

 

Allergik dermatit - Körpələrin inək südü ilə qidalandıqları zaman ortaya çıxır. Özünü üzdə, ağız ətrafında və boyunda olan qızartılarla göstərir.

 

Dərman allergiyası - İmmun sistemi möhkəmlənməmiş və genində dərmanlara qarşı həssaslıq olan uşaqlarda müşahidə edilir.

 

Heyvanlara qarşı allergiya - Heyvanları sığallayarkən və ya toxunarkən əllərdə və üzdə səpgilərlə özünü büruzə verir.

 

Həşəratlara qarşı allergiya - Həşərat sancması zamanı baş verir.

 

Anafilaktik şok - Bəzi uşaqlarda antibiotiklərə qarşı olan allergiya zamanı, məlumatsızlıqdan antibiotik qəbulu zamanı olur. Bəzən arı sancması nəticəsində də baş verə bilər. Vaxtında və düzgün müdaxilə olunmadıqda ölümlə nəticələnir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama