Azərbaycan florasında yoluxucu xəstəliklərin müalicəsi üçün zəngin bitki ehtiyatı mövcuddur
11.08.2020 21:36

Dərman bitkilərindən müxtəlif yoluxucu və yoluxucu olmayan xəstəliklərin müalicəsində əsrlər boyu geniş istifadə olunub. Tədqiqatlar göstərir ki, ən çox istifadə olunan dərmanların 25%-də bitkilərdən təcrid edilmiş bioloji fəal birləşmələr mövcuddur. Azərbaycan florasında da bir sıra yoluxucu xəstəliklərin müalicəsi üçün kütləvi becərilən zəngin bitki ehtiyatı var.

 

Bu barədə Aztibb.az-a açıqlamasında AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva məlumat verib.

 

Onun sözlərinə görə, ölkəmizdə yoluxucu xəstəliklər zamanı, o cümlədən tənəffüs yolları və ağciyər xəstəliklərinin müalicəsində Şərq başlıqоtu, kartоf, qara qarağat, kiçik qızılçətir, dərman qulançarı, adi razyana, sarımsaq, sıxçiçək sığırquyruğu, mavi süsən, mеşə üzümü, bоstan kələmi, ikiеvli gicitkan, əkin yеrkökü, adi zirə, qırmızı çuğundur, adi dəvədabanı, mеşə əməköməci, at əvəliyi, şərq fıstığı, qara kəndəlaş, dərman gülxətmi və innab kimi bitkilərdən istifadə olunur.

 

S.İbadullayeva qeyd edib ki, bioloji fəal maddələrin ayrılma texnologiyalarının mövcud olduğu və tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi müasir dövrdə bu bitkilərdən istifadə müsbət nəticələr verə bilər.

 

O, həmçinin viral infeksiyalar, virus tipli 1 (HİV-1) və 2 (HİV-2) ilə əlaqəli infeksiyalar, eləcə də yeni yaranan yoluxucu viruslardan bəhs edib. Bildirib ki, bir sıra dərman bitkilərinin viral infeksiyaları müalicə etməsinə dair tədqiqatlara rast gəlinir və qeyd olunan bitkilərin bəzilərində geniş spektrli antiviral fəaliyyət göstəricilərinə təsadüf olunur:

 

“Bir müddət öncə virusların yüksək yoluxucu təbiətə malik olması və bitkilərdən antiviral komponentlərin müəyyənləşdirilməsi üçün müvafiq üsulların olmaması müxtəlif perspektivli dərman bitkilərinin antiviral fəaliyyətinin öyrənilməsinə məhdudiyyət yaradırdı. Lakin virusa yoluxmayan molekulyar klonun antiviral müayinə məqsədilə istifadə edilə biləcəyi strategiyaların hazırlanması və ayrılma texnologiyalarının inkişafı onlardan bitki əsaslı dərman preparatlarının hazırlanmasında istifadə edilməsi üçün şərait yaradıb. Müasir dövrdə dünya alimlərinin bu sahədə çoxsaylı tədqiqatlarına rast gəlinir”.

 

S.İbadullayeva əlavə edib ki, qeyd olunanlara əsasən, dərman bitkilərinin müxtəlif virus qruplarına qarşı potensial antiviral xüsusiyyətlərinin tədqiqi və geniş spektrli antiviral təsirə malik bitkilərin araşdırılması molekulyar bioloqlar və əczaçıların üzərinə düşür.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub