Burun qanamasının SƏBƏBİ - inteqrativ yanaşma
24.02.2021 10:02

Qanama burnun selikli qişasında kapilyarların zədələnməsi nəticəsində baş verir. Anatomik olaraq bu çox qanayan nahiyə burun ucundan 1 sm daxilə doğru olan nahiyədir. Burda kapilyarlar çox nazikdir. Bir dəfə baş verən zədələnmə nəticəsində onlar tam bərpa ola bilmir, daha nazik divarlı kapilyarlar ilə əvəz olunurlar ki, bu da daha tez qanama ya gətirir.

 

Aztibb.az xəbər verir ki, bu barədə pediatr Aytən İsmayılzadə məlumat verib.

 

Pediatr bildirib ki, vacib məqam qanama müddətinin uzun müddət olmamasıdır.

 

"8 dəqiqəyədək qanama bitməlidir. Əlbəttə qanayan yerdən asılı olaraq dəyişir. Daha nazik kapilyar qanaması daha tez dayanır.

 

Bəzən zədələnmə olmadan da qanama başlaya bilir. Bu isə selikli qişa problemidir. Selikli qişa da kənar travma olmadan olan zədələnmə səbəbindəndir.

 

İnteqrativ tibbdə mukozal zədələnmə sindromu anlayışı var. Burada bütün selikli qişaların (mədə - bağırsaq, sidik cinsiyyət, tənəffüs yolları) zədələnməsinin bir-biri ilə əlaqəli olduğu deyilir. Yəni əgər burun selikli qişasında zədələnmə varsa (iltihab, allergiya, seliyin artması və ya azalması) bu digər selikli qişaların da zədələnməsindən xəbər verir.

 

Necə ki dərimizə umumi baxırıq, yəni əlimizin dərisini ayrı, bədənimizin dərisini ayrı mualicə etmirik, eləcə də selikli qişalara umumi yanaşmaq lazımdır. Əgər burun selikli qişasında problem varsa (təkcə qanama deyil, quruluq, tez-tez qaşınma, sululuq, şişkilnlik) problemin kökunu ən geniş mukozal səthimiz olan bağırsaqlarda axtarmalıyıq. 


1.Qida rasionunu bağırsaq qişasını qıcıqlandıran faktorlardan təmizləmək : pis yağlar, artıq şəkər, süni maddələr, qluten, inək südü və s.


2. Bağırsaq florasını bərpa edərək selikli qişanı qorumaq : probiotiklərin uzun muddətli təyini (aylarla)


3.selikli qişaların bərpasına biotənzimləyici dəstək : məsələn Mukoza kompositum uzun muddət həm ağza həm buruna adaplikator ilə puskurtmək.


4. Orqanizmin mudafiə sistemini möhkəmləndirmək, teztez xəstələnməni, zökəm və s. önləmək uçun immunomodulyator mualicə, terapevtik peyvəndləmə ( aşkar edilən aktiv mikroblara görə)


5. Antibiotiklərdən, burun selikli qişasını qurudan ( nazivin kimi), nazildən hormonal tərkibli spreylərdən uzaq olmaq".

 

Aytən İ. qeyd edib ki, fototerapiyad çaytikanı yağı istifadə etmək olar.

 

"Çaytikanı yağını iki yaşdan sonra hər buruna bir damcı olaraq istifadə etmək olar. Çaytikanı yağı bərpaedici və mikroböldürücü xassəyə malikdir.

 

Uşaqda burun qanaması halında ilk yardım kimi başı arxaya əymək lazim deyil. Bu zaman qan udulur və dayanmır. Başı önə əymək və bir neçə saniyə burun sümük və qığırdaq sərhəddində sıxıb saxlamaq lazımdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub