COVID-19 anticisimləri anadan körpəyə ötürülür– TƏDQİQAT
24.02.2021 10:29

Weill Cornell Tibb Elmləri İnstitutunun alimləri tərəfindən aparılan araşdırmada COVID-19 xəstələrinin müalicə olunduğu Nyu Yorkdakı xəstəxanalardan birində doğuş edən 88 qadının qan nümunələri analiz olunub. Tədqiqat zamanı anadan olan körpələrin 78 faizinin göbək ciyəsindən alınan qan nümunələrində anticisimlər müəyyən edilib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir ki, tədqiqatın nəticələri "American Journal of Obstetrics and Gynecology"də nəşr olunub.

 

Araşdırmada iştirak edən qadınlarda daha əvvəl COVID-19-a yoluxduqlarını göstərən anticisimlər tapıldığı və 58 faizinin xəstəliyi asimptomatik keçirdiyi bildirilib.

 

Mütəxəssislər COVID-19 testi nəticəsində körpələrdə aktiv virus olmadığını və anticisimlərin plasenta vasitəsilə anadan ötürüldüyünü göstərib.

 

Araşdırmada COVID-19-u simptomatik keçirən anaların anticisim səviyyəsinin asimptomatik keçirənlərdən daha yüksək olduğu qeyd edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama