Agentliyin nümayəndəsi “Online B2G Forum”unda iştirak edib
23.02.2021 17:29

Fevralın 23-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib.

 

Aztibb.az xəbər verir ki, forumda, həmçinin dövlət qurumlarının və özəl şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Forumu giriş nitqi ilə açan “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev təşkilat barədə məlumat verib. Onun sözlərinə görə, “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və təşkilatın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından ibarətdir.

 

Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova bildirib ki, dövlətin diqqət və qayğısı sayəsində əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər görülür: “Ölkə başçısının respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı verdiyi fərman da səhiyyə sisteminin daha sürətlə inkişaf etməsinə imkan yaratmışdır”. N.Bayramova qurumun fəaliyyəti, icbari tibbi sığortanın tətbiqi və 2550 sayda tibbi xidməti əhatə edən xidmətlər zərfi barədə iştirakçılara ətraflı məlumat verib: “İcbari tibbi sığortanın xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator və stasionar şəraitdə aparılan tibbi xidmətlər, terapevtik müalicələr, eləcə də, stasionar şəraitdə dərman təminatı və cərrahi əməliyyatlar daxildir”.

 

Daha sonra N.Bayramova “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.

 

N.Bayramova, öz növbəsində koronavirusa qalib gəlmək üçün vaksinasiya strategiyasında nəzərdə tutulmuş əhali qruplarının peyvənd olunmasının və vətəndaşlara sosial məsafə saxlamağın, maskadan istifadə etməyin vacibliyini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub