Alimlər Alzheymer xəstəliyindən xilas yolunu tapıblar - Mühüm kəşf
23.02.2021 15:00

Rusiya Elmlər Akademiyasının Sitologiya İnstitutu Alzheymer xəstəliyi fonunda neyronların məhv olmasından xilas edən vasitəni sınaqdan keçirib.

 

Aztibb.az meddaily.ru-ya istinadən xəbər verir ki, gəmiricilər üzərində aparılan sınaqlar göstərib ki, hidrokortizon törəməsi yaddaşın itməsini azaldır. İnstitutun Hüceyrələrin qoruyucu mexanizmləri laboratoriyasının böyük elmi işçisi Vladimir Lazarev bildirib: "Bu maddənin hətta aşağı konsentrasiyalarda istifadəsi beyin hüceyrələrini məhv edən zülal komplekslərinin yaranmasına mane olur. Bu halda preparat hüceyrələrin həyat fəaliyyəti üçün lazım olan zülalların normal funksiyalarına təsir etmir".

 

Tədqiqat zamanı dünyada ilk dəfə sübut edilib ki, Alzheymer xəstəliyi zamanı neyronların məhv olması prosesində QAFD (qliseraldehid fosfat dehidrogenaz) zülalı aktiv iştirak edir. Bu zülal son dərəcə zəhərli kompleksləri formalaşdıraraq beta-amiloidlə qarşılıqlı əlaqədə olur.

 

"Biz bu komplekslərin formalaşması mexanizmini müəyyən etməyi və onların yaranmasına mane olan preparat əldə etməyə müvəffəq olduq. Artıq Alzheymer xəstəliyinin müalicəsi üçün hidrokortizon törəmələrinin tətbiqi üzrə patentin qeydiyyatı üçün müraciət olunub", - deyə institutun tədqiqatçısı bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama