Sinir sistemi pozulmalarından xəbər verən ƏLAMƏTLƏR
23.02.2021 10:06

Müasir insanın sinir sistemi daim ciddi yükləmələrə məruz qalır. Bu xüsusilə böyük şəhərlərdə yaşayan və işləyən insanlara aiddir.

 

Sinir sistemi uzun müddət ərzində "dözür", lakin sonra onda müxtəlif pozulmalar yaranmağa başlayır.

 

İnsanın sinir sistemi ürək-damar, endokrin, həzm, immun sistemləri ilə sıx əlaqəli olduğundan bu sistemlərdə də müxtəlif problemlər yaranır.

 

Aztibb.az xarici KİV-ə istinadən bildirir ki, zəifləmiş sinir sisteminin əlamətləri bunlardır:

 

- səbəbsiz narahatlıq, qorxular, pis fikirlər;

- apatiya, həyata marağın azalması;

- əsəbilik;

- gecə yuxusunun pozulması, günorta saatlarında isə əksinə yuxululuq;

- səbəbsiz, keçməyən yorğunluq;

- iş qabiliyyətinin azalması;

- diqqət, yaddaş və təfəkkürün zəifləməsi;

- tez-tez təkrarlanan baş ağrıları;

- iştahın azalması və ya əksinə patoloji artması, həzm proseslərinin pozulması;

- ürək döyünməsinin artması;

- qan təzyiqinin gah qalxması, gah da düşməsi.  

 

Bu simptomlara rast gəlinərsə həyat tərzində bəzi dəyişikliklər edilməlidir. Bunun üçün daha çox yatmaq və dincəlmək, kompüter və telefondan daha az istifadə etmək, açıq havada gəzmək, fiziki aktivliyi artırmaq, idmanla məşğul olmaq, qidalanmaya fikir vermək lazımdır. 

 

Xalq təbabətində sinir sisteminə müsbət təsir edən bir çox vasitələr var. Nanə, melissa, passifora, pişikotu, çobanyastığı, dazıotu, yemişan kimi bitkilər sinir sisteminə çox yaxşı təsir edir, sakitləşdirir, tənzimləyir, yuxunu yaxşılaşdırır.

 

Otları qarışdırıb hər gün bu qarışıqdan 1 ç.q götürüb 1 fıncan isti suda dəmləyib adi çay kimi içə bilərsiniz. Otları ayrı-ayrı da istifadə etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama