Dünya əhalisinin 80%-nin əziyyət çəkdiyi xəstəliyin əsas SİMPTOMLARI
22.02.2021 17:42

Artroz dayaq-hərəkət aparatının ən çox yayılmış patologiyasıdır. Statistik göstəricilərə əsasən, dünya əhalisinin 80% -i bu və ya digər dərəcədə artrozdan əziyyət çəkir. Bu xəstəlik oynağın tədricən dağılması, həmçinin, oynaqətrafı nahiyədə arzuolunmaz proseslərin getməsi, oynaq qığırdağının degenerativ-distrofikdəyişiklikləri ilə xarakterizə olunur.

 

Artroz ağrı, çox hərəkət zamanı ağrıların artması və hərəkət məhdudluğu ilə təzahür edir. Simptomlar tədricən artır, lakin xəstəliyin inkişaf sürəti müxtəlif ola bilər. Yaş artdıqca xəstəliyin yaranma və inkişaf ehtimalı da yüksəlir.

 

Artrozun 4 əsas simptomu var, bunlar:


1. Ağrı:1-ci mərhələdə zədəli oynaqlarda hərəkət zamanı ağrı (xəstəliyin lap əvvəlində çox da nəzərə çarpmır ki, bu da xəstəliyi diqqətdən yayındırır), 2-ci mərhələdə ağrı oynaqlara cüzi yüklənmə zamanı yaranır, 3c-ü məehələdə isə hətta, sakit vəziyyətdə də ağrı ola bilər.

 

2. Quru və sərt xırçıltı artrozu sübut edən əlamətlərdən biridir, o, oynaq səthinin sürtünməsi nəticəsində əmələ gəlir. 2-ci, 3-cü mərhələlərdə artıq xırçıltı aydın eşidilir.

 

3. Oynaqda hərəkətin məhdudlaşması. Xəstəliyin ilk dövrlərində oynaqda hərəkət məhdudiyyəti zəif olur, xəstəlik dərinləşdikcə məhdudiyyət artır.

 

4.Oynağın deformasiyası.

 

Artroza diaqnoz qoymaq üçün bir sıra laborator və instrumental müayinələrdən istifadə edilir: MRT, Rentgen, qanın ümumi analizi və s.


Artrozun müalicəsi artroloq və ya revmatoloq tərəfindən aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama