Günorta yuxusunun sağlamlıq və yaddaş üçün FAYDALARI - Tədqiqat
22.02.2021 15:15

İnsan bəzən gün ərzində bir az yuxulamaq istəyirsə, bunun heç bir qəbahəti yoxdur. Çin tədqiqatçıları beş dəqiqəlik yuxunun belə zehni qabiliyyətimizə müsbət təsir göstərə biləcəyini və hətta demansın qarşısını aldığını qeyd edirlər.

 

Aztibb.az xəbər verir ki, tədqiqatçılar Çinin böyük şəhərlərində (Pekin, Şanxay və Sian) yaşayan 60 yaşdan yuxarı 2,2 mindən çox sağlam insanda yuxu rejimini araşdırıb. Bunlardan 1534 nəfər gün ərzində beş dəqiqədən iki saata qədər yatır, qalan 680 nəfər isə, gün ərzində heç yatmır.

 

Gündüz yuxusunun yaşlı insanlarda daha dəqiq orientasiyaya, danışıq səlisliyinə və yaddaşın yaxşılaşmasına kömək etdiyi bildirilir. Bütün tədqiqat iştirakçıları demans əlamətlərinə qarşı yoxlanılıb. Gün ərzində müəyyən vaxt müddətində yatan insanların vəziyyətinin daha yaxşı olduğu aşkar edilib. İnkişaf etmiş ölkələrdə demans 65 yaşdan yuxarı hər on nəfərdən birində müşahidə edilir.

 

Ümumilikdə dünyada təxminən 50 milyon insan yaddaş zəifliyinə, zehni qabiliyyətlərin pozulmasına, hərəkət edərkən özünü idarə etmədə çətinliyin yaranmasına, tanış insanları tanımamağa səbəb olan xəstəliklə yaşayır. Yaşlı insanların yuxu rejimi dəyişir və insanların gün ərzində yuxuya getmə ehtimalı daha yüksək olur. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama