ATU-nun "Təbib" qəzetinin baş redaktoru vəfat edib
22.02.2021 11:41

Azərbaycan Tibb Universitetinin (ATU) "Təbib" qəzetinin baş redaktoru, Əməkdar jurnalist, şair Eldar İsmayıl Böyüktürk vəfat edib.

 

Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.

 

Eldar İsmayıl fevralın 20-də 79 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, E.İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. O, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. Jurnalistin ilk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində dərc edilən 1961-ci ildə "Kəndimiz" adlı şeiri olub. 

 

O, "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" kimi publisistik əsərlərin müəllifi idi.

 

E.İsmayıl, həmçinin ATU-nun nəşri olan "Təbib" qəzetinin baş redaktoru idi. 2010-cu ilin sentyabrın 20-də ona Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı verilmişdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır