Azərbaycanlı həkim "Asiya Sakit Okean Qaraciyər Araşdırmaları Birliyi"nin İcra Komitəsinin üzvü seçilib
22.02.2021 10:10
Bakı Sağlamlıq Mərkəzinin Qaraciyər xəstəlikləri mərkəzinin rəhbəri, Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru, Dr. Gülnarə Ağayeva "Asiya Sakit Okean Qaraciyər Araşdırmaları Birliyi"nin (Asian Pacific Association for the Study of the Liver - APASL) İcra Komitəsinin üzvü seçilib.
 
Bu barədə Aztibb.az-a Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, G.Ağayeva 2004-cü ildən Asiya Sakit Okean Qaraciyər Araşdırmaları Birliyinin (APASL) üzvüdür. O, 2008-ci ildə 18-ci APASL konfransında Amerika və Asiya Sakit Okean Assosiasiyalarının "Ən yaxşı elmi işi" mükafatına layiq görülüb.
 
Qeyd edək ki, Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində APASL-2019 "DELTA HEPATİT" mövzusunda konfrans keçirilmişdir. G.Ağayeva 2004-cü ildən APASL-da məruzəçi olaraq iştirak etmişdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır