Göbələk mənşəli qaşınmaların müalicəsində effektiv olan mükəmməl QARIŞIM
22.02.2021 12:18

Ud hindi və çörəkotu (qarazirə) bitkisinin faydaları hər kəsə məlumdur. Lakin insanların onlardan daha rahat şəkildə istifadə etmələri üçün  müxtəlif üsullar – qarışımlar hazırlamaq lazımdır.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-fitoterapevt Fizuli Hüseynov bildirib.

 

O, bildirib ki, bunlardan biri də qarazirəli, udhindili, sirkəli kremdir: 100 qr təbii sirkə götürülür, ona hərəsindən 1  xörək qaşığı  çötəkotu tozu və udi hindi tozu qarışdırılır. Daha sonra  3-4 xörək qaşıq qarazirə yağı əlavə olunur və bütün tərkib yaxşı qarışdırılır. 1 həftə saxlanılır. Əgər qarışım bərk alınarsa, yenidən bir neçə xörək qaşığı qarazirə yağı əlavə etmək olar. Kremin daha yaxşı yaxılması üçün məhlulu blenderlə 3-5 dəqiqə qarışdırmaq daha yaxşı olar. Krem daima soyuducuda saxlanılmalıdır.

 

Faydaları:

 

Bütün növ dəri tiplərinə tətbiq etmək olar. Üz dərisindəki günəş ləkələri, sızanaq və civzələrin ləkələrinin müalicəsində çox gözəl effekt verir. Gündə bir dəfə olmaqla dəriyə çəkilir, 15- 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyulur. Yaxşı olar ki, öncədən qolun iç tərəfinə çəkərək bu məhlula allergik reaksiyanızın olub-olmamasını yoxlayasınız və daha sonra üz dərinizə tətbiq edəsiniz. Sirkəli udhindi və qarazirəli qarışım həm də psariozda, ocaqlı keçəllikdə (alopesiya), eləcə də saqqal tökülmələrində faydasını göstərir. Bu cür problemlərdə gündə iki dəfə həmin nahiyəyə çəkilir və 30 dəqiqə saxlanılır. Sonra isə sadəcə olaraq silinir (yuyulmur).  

 

Ayaq göbələyinin, eləcə də bütün növ göbələk mənşəli qaşınmaların müalicəsində də çox effektli təsir göstərir. Yenə də qarışım həmin bölgəyə çəkilir, 30- 60 dəqiqə saxlanılır və sonra ilıq su ilə sabun istifadə olunmadan yuyulur. Qarışım daxilə də qəbul oluna bilər. Şəkərli diabet xəstələrində qanda şəkərin səviyyəsini aşağı salmaqla yanaşı, funksiyası pozulmuş mədəaltı vəzini də müalicə edir. Yüksək xolesterində, qaraciyər çatışmazlığında, beyin qan dövranı pozğunluqlarında da daxilə qəbul edə bilərsiniz. Bu kimi xəstəliklərdə qarışımın miqdarı həkim tərəfindən müəyyən olunmalıdır. Ancaq profilaktika məqsədi ilə hər səhər 1 çay qaşığı qəbul etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama