Bu dərmanın qadın və kişi sonsuzluğu zamanı effektivliyi sübut olundu - TƏDQİQAT
21.02.2021 12:36

Rusiya Elmlər Akademiyasının İ.M Seçenyov adına Təkamül Fiziologiyası və Biokimya İnstitutunun alimləri diabet və metabolik sindrom zamanı təyin edilən məşhur dərman vasitəsinin reproduktiv sistemə təsirini tədqiq ediblər.

 

Aztibb.az-ın meddaily.ru-ya istinadən məlumatına görə, məlum olub ki, metformin hormonal problemlər və sonsuzluqla rastlaşan pasiyentlərdə yumurtalıqların və xayaların işinin bərpasına imkan yaradır.

 

Onun, həmçinin təzə doğulmuş körpələrin sağlamlığına müsbət təsiri sübut edilib.

 

Tədqiqatlar göstərib ki, metformin süni mayalanma prosedurunun effektivliyini artırır, yumurtalıqlarda polikistik over sindromunun müalicəsində (ovulyasiyaların tezliyini 2 dəfə yüksəltməklə hamiləlik ehtimalını 46%-ə qədər artırır) kömək edir. Onun klomifen-sitratla eyni zamanda qəbulu xüsusilə effektivdir.

 

Daha bir müsbət xüsusiyyət - metformin diabeti və metabolik sindromu olan və testosteron defisiti səbəbindən spermatozoidlərin sayında  azalma qeyd edilən pasiyentlərdə spermatozoidlərin hazırlanmasına imkan yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır