Tovuzda vaksinasiya prosesi uğurla davam etdirilir
20.02.2021 22:39

COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası Tovuz rayonunda da uğurla davam etdirilir.

 

Tovuz Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanasında 1 qəbul otağı, 1 qeydiyyat otağı, 2 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı ayrılıb. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

 

Hazırda risk qrupuna daxil olan səhiyyə işçilərinə ikinci doza peyvəndin vurulması davam etdirilir. Eyni zamanda, yaşı 50–dən yuxarı olan rayon sakinləri könüllülük əsasında peyvənd olunurlar.

 

“Bu gün ikinci doza üçün peyvənd edildim. Səhhətimdə heç bir narahatçılıq yoxdur. Özümü çox yaxşı hiss edirəm”, - deyə həkim Nəsib Səmədov bildirib.

 

Tovuz rayon Ailə Sağlamlıq Mərkəzinin şəhər bölməsinin rəhbəri Bahar Babayeva deyib ki, rayona hələlik 7130 vaksin ayrılıb, bunun da 2100-ü artıq istifadə edilib. “İndiyə kimi heç bir əks reaksiya olmayıb. 65 yaşdan yuxarı vətəndaşların da vaksinasiyasına başlamışıq. İndiyədək 800-dən artıq vətəndaş peyvənd olunub. Eyni zamanda, yaşı 50-dən yuxarı olan vətəndaşların da vaksinasiyası həyata keçirilir”, - deyə B.Babayeva əlavə edib.

 

Qeyd edək ki, rayonda 1027 tibb işçisinə peyvəndin birinci dozası vurulub və proses davam edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır