İnsanın şəxsi keyfiyyətləri ilə uzunömürlüyü arasında əlaqə aşkarlanıb - Araşdırma
20.02.2021 10:54

Limerick Universitetinin apardığı tədqiqat nəticəsində məlum olub ki, vicdanlı insanlar daha uzun ömür sürürlər. Bu faktı alimlər immun sisteminin işi ilə əlaqələndirirlər. Belə ki, immunitetin xroniki iltihabı təhrik edən həddən artıq fəallığı ağır xəstəliklərin inkişafına və vaxtından əvvəl ölümə səbəb ola bilər.


Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, tədqiqat çərçivəsində ekspertlər təxminən 1000 insanın məlumatlarını analiz ediblər. Tədqiqatın başlanğıcında iştirakçıların yaşı orta hesabla 59 olub. Könüllülər üzərində müşahidələr 14 il davam edib. Bu zaman könüllülər şəxsiyyətin əsas keyfiyyətlərini göstərən testdən (xeyirxahlıq, vicdan, emosional sabitlik, ünsiyyətçillik və intellekt) keçiblər. Həmçinin qanın iltihab biomarkerləri üzrə analiz də verilib.

Məlum olub ki, vicdan (məsuliyyətli, ədəbli, hazırlıqlı olmaq, özünə nəzarət qabiliyyətlərini ehtiva edən) cədvəli üzrə minimal balları toplamış insanlarda vaxtından əvvəl ölüm riski bu kateqoriyada balların maksimumunu toplamış insanlarla müqayisədə, 40% daha yüksəkdir.

Qeyd olunur ki, güclü vicdana malik insanlarda interleykinin səviyyəsi çox aşağı - 6 olub. Bu, immun sisteminin fəallığını göstərən və yaşla əlaqəli xəstəliklərin inkişafında əhəmiyyətli rol oynayan biomarkerdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama