Tərkibində iltihab və mikrob əleyhinə antioksidantlar olan - Rozmarinli çay
20.02.2021 19:01

Həyəcanlılıq və depressiya milyonlarla insana əzab verən psixi sağlamlığın ən çox yayılmış problemlərindən hesab olunur. Alimlərin fikrincə, rozmarinlə dəmlənmiş çay bu cəhətdən daha faydalı ola bilər. Bəzi tədqiqatçılar rozmarinlə dəmlənmiş çayı içmək və ya bu bitkinin komponentlərini buruna çəkməyin əhval-ruhiyyəni yüksəltdiyi və yaddaşı möhkəmləndirdiyi qənaətindədirlər. Tədqiqat işinin nəticələri barədə “Journal of the American College of Nutrition” jurnalında dərc olunmuş materialda rozmarinli çayın həyəcan və depressiya kimi problemlərə qarşı mübarizədə faydalı olması vurğulanır.

 

“MedikForum” saytının məlumatına görə, rozmarinlə dəmlənmiş çay, psixi pozuntular zamanı antidepressiv və sakitləşdirici təsir göstərir.

 

“Complementary Therapies in Clinical Practices” jurnalının dərc etdiyi digər bir materialda bildirilir ki, 500 milliqram rozmarinin bir ay müddətində gündə iki dəfə qəbul edilməsi həyəcanı azaldır, yaddaşı möhkəmləndirir və yuxunun keyfiyyətini yüksəldir. Rozmarin sağlamlıq üçün faydalı xüsusiyyətlərə malikdir.

 

Rozmarinli çayın tərkibində infeksiyadan qoruyan anti-iltihab və anti-mikrob antioksidantlar var. Bu çay qanda şəkərin səviyyəsini tənzimləyir, beyini qocalmaqdan, neyrodegenerativ xəstəliklərdən , gözləri isə yaşla bağlı olan sarı ləkənin degenerasiyası kimi xəstəliklərdən qoruyur. Rozmarinli çay bağırsaqların sağlam qalmasına imkan yaradır, iltihabı azaldır, həzmi gücləndirir, həm də ürək-damar xəstəlikləri riskini azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama