UNICEF Konqoda 2 milyon uşağın həyatının təhlükədə olması barədə xəbərdarlıq edib  
19.02.2021 18:07

UNICEF silahlı münaqişənin şiddətləndiyi Konqo Demokratik Respublikasında 2 milyon uşağın həyatının təhlükədə olması barədə xəbərdarlıq edib.

 

Aztibb.az xəbər verir ki, təşkilatın bəyanatında məcburi köçkün ailələrindən olan azyaşlıların yoluxucu xəstəliklər və aclıqdan əziyyət çəkdiyi diqqətə çatdırılıb. Hökumət qüvvələri ilə silahlı qruplaşmalar arasında döyüşlərin olduğu bölgələrdə içməli su və ərzaq tükənib, gölməçələrdən su içən əhali arasında vəba xəstəliyi yayılır. Əhalinin, xüsusən uşaqların tələf olmasının qarşısını almaq üçün BMT və digər humanitar təşkilatlara müraciət edilib. Silahlı münaqişə nəticəsində 5,2 milyon insanın məcburi köçkünə çevrildiyi, ümumilikdə isə 8 milyon nəfərin aclıq həddində olduğu bildirilir.

 

BMT Afrikanın silahlı münaqişələrin davam etdiyi digər ölkələrində də aclıq və epidemioloji vəziyyətlə bağlı həyəcan təbili çalır. Efiopiyanın Tiqray bölgəsindən qaçan 150 mindən çox insan da ərzaq qıtlığı ilə üz-üzədir. Onlara sığınacaq verən Sudanda da dərin humanitar böhran hökm sürür.

 

UNICEF-in son hesabatında qeyd olunub ki, dünyanın qaynar nöqtələrində qaçqın düşmüş 28 milyon uşaq elementar hüquqlardan, təhsildən və səhiyyədən məhrum olub. Aclıq və səfalətlə üzləşmiş azyaşlıların yarıdan çoxu isə Afrika ölkələrindədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır