İnfarktın yaxınlaşmasını xəbərdar edən cihaz yaradılıb
18.02.2021 15:29

Hamburq Universitetinin alimlər qrupu qan dövranı sisteminin fəaliyyətində pozuntuları dərhal kontaktsız aşkarlamağa, yaxınlaşan infarkt və ya insult barədə vaxtında xəbərdar etməyə imkan verən portativ radar hazırlayıb. Bu barədə “Deutsche Welle” nəşrinin məlumatında deyilir.

 

Aztibb.az health.tut.by resursuna istinadən yazır ki, kiçik portativ qurğu mürəkkəb sensor sistemidir. İnsanın sağlamlıq vəziyyətinin kontaktsız monitorinqi zamanı kiçik sensorlar tərəfindən süni intellekt sayəsində orqanizmin həyati əhəmiyyətli funksiyalarının göstəriciləri qeydə alınır. Sensorlar infarkt və ya insult təhlükəsi qeydə aldıqda həyəcan siqnalı verilir. Bu xəbərdarlığı alan istifadəçi tutmanı gözləmədən dərhal təcili tibbi yardıma zəng edə bilər.

 

Tərtibatçıların sözlərinə görə, radardan istifadə zamanı hərəkətsiz halda uzanmağa ehtiyac yoxdur. Belə ki, istifadəçi hərəkət edə və bədənin vəziyyətini dəyişə bilər – bu, müayinə üçün maneə yaratmayacaq.

 

Qurğu təkcə xəstəxanalarda deyil, qocalar evində və ya evdə istifadə oluna bilər. Alimlər cihazı yanğınsöndürmə siqnalizasiya sensorları kimi tavana quraşdıraraq eyni anda bir deyil, bir neçə insanın sağlamlıq vəziyyətinin monitorinqini aparmaq niyyətindədirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır