Körpələrin dərisində yaranan bişməcələr - Səbəbləri və müalicəsi
10.08.2020 15:53

Yay aylarında uşaqların dərisində bir çox problemlər müşahidə edilir. Onların dərisi zərif və həssas olduğuna görə tez-tez qızartılar qaşınmalar və müxtəlif səpgilər yaranır.

 

Aztibb.az xəbər verir ki, Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova AZƏRTAC-a müsahibəsində deyib: “Uşaqların dərisi böyüklərlə müqayisədə, iki dəfə daha həssas və nazikdir və buna görə onların dərisi ətraf mühitin zərərli təsirlərinə qarşı daha davamsız olur. Yaz və yay aylarında onlarda avitaminoz yaranır, ağac və çiçəklərin tozcuqları allergik reaksiyalar verə bilir. Ona görə də, həmin mövsümlərdə uşaqlarda daha çox dəri problemləri yaranır”.

 

Bəzən həşərat dişləmələri də dəridə səpgilərə səbəb olur. Belə halda qızartı görən kimi bəzi valideynlər həmin nahiyəyə dərhal spirt vururlar. Həkimlər bunun yanlış olduğunu deyirlər.

 

“Spirtin dərinin qoruyucu təbəqəsini aradan qaldırdığını nəzərə alsaq, ondan istifadə etməyin doğru olmadığı aydın olar. Bu zaman qidalandırıcı və bərpaedici kremlərdən, məsələn, bişməcə və zədələnmələr zamanı çaytikanı yağından istifadə etmək olar”, - deyə həkim-dermatoloq bildirib.

 

İsti havada körpənin əsasən bez istifadə edilən nahiyəsində bişməcələr əmələ gəlir. Pediatrlar tez-tez bezi dəyişdirməyi və uşaqları çimizdirməyi məsləhət görürlər.

 

Həkim-dermatoloq deyib: “İsti havada körpənin əyninə açıq rəngli və pambıq parçadan olan paltar geyindirilməlidir. Uzun müddət havasız qalmasının və bişməcələr yaranmasının qarşısının alınması üçün bez nahiyəsi tez-tez havalandırılmalı və bezlər tez-tez dəyişdirilməlidir. Bundan başqa yay fəslində allergik səpgilərlə özünü göstərən övrələr də yaranır”.

 

Həkimlər uşaqların dərisində yaranan problemlərə ciddi yanaşmağı və vaxtında müalicəyə başlamağı tövsiyə edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub