Bu poliplərin xərçəngə çevrilmə ehtimalı YÜKSƏKDİR - Ümumi cərrahdan XƏBƏRDARLIQ
18.02.2021 13:14

Öd kisəsi polipləri kisənin daxili divarını örtən epitel hüceyrələrindən əmələ gəlir və kisənin boşluğuna doğru inkişaf edir. Adətən bu poliplərin 93-94 %-i xoşxassəli olur. Ölçüləri 12 mm və daha kiçik olan poliplər xoşxassəli qəbul edilsə də, sıx təqibə ehtiyac var.

 

Bu barədə ümumi cərrah, uzman Elnur Piralıyev sosial şəbəkədə məlumat verib.

 

Həkimin sözlərinə görə, 2 sm-dən böyük olan poliplərin xərçəngə çevrilmə ehtimalı yüksəkdir.

 

Öd kisəsi polipləri tərkibi və quruluşuna görə də önəm daşıyır. Belə ki, xolesterol tərkibli poliplər xoşxassəli, adenomatoz və inflamator poliplər isə bədxassəli gedişata malikdirlər.

 

Yağ metobolizma pozğunluğu olanlar və ailəsində öd kisəsi problemi olan insanlarda öd kisəsi polipləri daha riskli hesab olunur.

 

Diaqnozun qoyulmasında ultrasəs müayinəsi kifayətdir. Lakin cərrah məsləhət görərsə MRT oluna bilər:

 

“Bu xəstələrdə cərrahi əməliyyat qərarı çox zaman poliplərin ölçüləri və sayına görə verilir.

 

Aşağıdakı hallarda cərrahi əməliyyat məsləhət görülür:

 

Polip 1 sm-dən dən böyük olarsa;

Polip 1 sm-dən kiçik, ancaq çox sayda olarsa;

Polip 1 sm-dən kiçik olub, 1 ədəd olsa belə xəstənin biliyar kolik şikayətləri varsa.

 

O, həmçinin əlavə edib ki, qeyd olunanlar ümumi məlumatlar olsa da, hər bir xəstə haqqında individual olaraq qərar verilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama