PP vitamini çatışmazlığının ƏLAMƏTLƏRİ və MÜALİCƏSİ
18.02.2021 10:32

PP (nikotin turşusu) vitamini çatışmazlığı oqranizmdə bəzi patoloji əlamətlərin meydana çıxmasına səbəb olur.

 

Aztibb.az xəbər verir ki, bu vitaminin çatışmazlığı aşağıdakı xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir:

 

- pellaqra
- sinir sistemi xəstəlikləri
- bağırsaq xəstəlikləri
- dəri xəstəlikləri.

 

Pellaqra xəstəliyi ən çox Orta Aiya və Afrika ölkələrində yaşayan insanlar arasında yayılmışdır. Mütəxəssislər bunun səbəbini onların qidalanması ilə əlaqələndirirlər. Pellaqranın ağırlıq dərəcəsinə görə yüngül, orta və ağır səviyyələrinə rast gəlinir. 

Yüngül dərəcə özünü dəri xəstəlikləri, bəzi hallarda isə ishalla, zəif astenik əlamətlərlə özünü göstərir. Ağır dərəcəli pellaqra kaxeksiya, psixozlar, dərinin geniş spektli xəstəlikləri ilə müşayiət olunur.

 

PP vitamini çatışmazlığı endogen səbəblərdən də baş verə bilir. Həzm sisteminin pozulması, nevritlər, bəzi zəhərlənmə növləri oqranizmdə nikotin turşuşunun çatışmazlığına səbəb ola bilir.

 

Nikotin turşusu orqanizmdə çoxlu dehidrogenlərin tərkibinə daxil olur və bir çox mübadilə proseslərində iştirak edir.

 

Orqanizmin daima PP vitamininə ehtiyacı var.

 

Xəstəliyə diaqnoz qoymaq üçün aşağıdakı xəstəliklər və simptomlar əsas götürülür:
- pelleqranın əmələ gətirdiyi simptomlar
- dəri xəstəliklərinin əlamətləri
- pellaqrik hevrasteniya
- xroniki yaralı kolit
- bağırsaqların funksiyasında pozulmalar.

 

PP vitamini çatışmazlığında xəstənin dilinin üstündə açıq qırmızı rəngli zolaqlar görünür. Xəstələrdə tez-tez stomait və qlossit əlamətləri meydana çıxır. PP vitamini qanın damarlarda axmasına yardımçı olduğuna görə, onun çatışmazlığı bəzi beyin-qan dövranı xəstəliklərinin sağalmasını ləngidir.

 

Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.

 

Müalicə dərialtına həkimin təyin etdiyi miqdarda nikotin turşusunun yeridilməsindən ibarətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama