COVID-19 zamanı Ozon terapiyası effektlidirmi?
18.02.2021 10:07

Tibbin cərrahiyə, stomatologiya, ginekologiya və s. sahələrində uzun zamandır ki, ozon terapiyasından istifadə olunur. Müasir dövrdə isə bu müalicə üsulunun ən çox kosmetologiyada istifadə edildiyinin şahidi olurduq.

 

Ozon terapiyası təbii mübadilə proseslərinə, qanın mikrosirkulyasiyasının yaxşılaşmasına, damarların divarlarının möhkəmlənməsinə yardımçı olur. Bir ildən çoxdur ki, dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar olaraq ozon terapiyasına tələbat artıb. COVID-19-dan qorunmaq istəyən və ya virusu keçirdikdən sonra təsirlərindən qurtulmaq arzusunda olanlar ozon terapiyasına üstünlük verirlər. Həmçinin, koronavirusa yoluxmayan şəxslər, ozon müalicəsinə bədənin oksigendən istifadə qabiliyyətini artırdığı və qan dövranını tənzimlədiyi üçün özlərini sığortalanmağa görə müraciət edirlər. Koronavirus keçirənlər isə zəiflik, xroniki yorğunluq kimi halların təsirlərindən xilas olmaq üçün ozon terapiyasına böyük maraq göstərirlər. Ozon terapiyası orqanizmin oksigendən istifadə qabiliyyətini artırır və onun dövranını tənzimləyir.

 

COVID-19 infeksiyası zamanı immun sistemində hüceyrələrin az və ya daha çox işləməsi müəyyən problemlərə səbəb olur. Həmçinin, qan dövranındakı oksigenin azalması narahatlıq yaradır. Ozondan immun sisteminin tarazlanması və qan dövranını normala qaytarmaq üçün həm müalicə zamanı, həm də ondan sonra baş verə biləcək fəsadların qarşısının alınmasında tez-tez istifadə olunur və uğurlu nəticələr əldə edilir.

 

Ümumiyyətlə, koronavirusdan sonra yaşanan ən böyük problemlərdən biri də damardaxili laxtalanma ilə əlaqəli problemlərdir. Bu səbəblə ozon terapiyasına qan durultma müalicəsi üsulu olduğu üçün də üstünlük verilir. Qeyd edək ki,  COVID-19 səbəbilə ölüm hallarına ən çox şərait yaradan vəziyyət də elə sitokin fırtınasıdır. Müalicədən əvvəl və ya həmin müddətdə edilən ozon terapiyası tamamlayıcı rol oynayır və sitokin fırtınasının qarşısını alır. İnfeksiyaya yoluxandan sonra xəstələrin çoxu xroniki yorğunluq şikayətləri edirlər. Bu cür narahatlıqları olan xəstələrə tətbiq edilən ilkin metodlardan biri 3-4 dəfə ardıcıl olaraq edilən ozon terapiyasıdır. Bu müalicə üsulundan, xüsusən otonomik və xroniki degenerativ xəstəliklərində də tez-tez tamamlayıcı bir metod kimi istifadə olunur. Eləcə də diabet və hipertansiyon xəstələrində tez-tez istifadə etdiyimiz bir müalicə metodudur.

 

Bu terapiya zamanı qol hissədən normal bir damar girişi açılır və xüsusi dəstlərdə 100 cc qan alınır. Daha sonra hər şəxs üçün xüsusi olaraq təyin edilmiş dozada ozon qazı təyin edilir. Şəxsin ozonla qarışmış qanı damar yolu ilə ona geri vurulur. Proses təxminən 20 dəqiqə çəkir. Terapiyanın təsir göstərməsi təxminən 3-4 həftə çəkir. Ümumilikdə bir şəxs üçün ozon terapiyası 10-12 seans tövsiyə edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama