Peyvəndin ilk dozasından güclü immunitet reaksiyası qazanılır - Alimlər açıqladı
18.02.2021 00:12

İsrailin Bar-İlan Universiteti və Ziv Tibb Mərkəzinin alimləri peyvənd üzərində apardıqları tədqiqatın ilkin nəticələrini təqdim edib.

 

Aztibb.az xəbər verir ki, xəstəliyi nə qədər əvvəl keçirdiyi və bədəndə nə qədər anticisim yarandığından asılı olmayaraq, koronavirus xəstəliyindən əziyyət çəkənlərdə və daha sonra peyvənd olunanlarda ilk dozadan güclü immunitet reaksiyası qazanıldığı məlum olub. Tədqiqat "Eurosurveillance" elmi jurnalında dərc edilib.

 

Peyvəndin ilk dozasına reaksiya tədqiqatda iştirak edənlərin hamısında o qədər yüksək olub ki, peyvənd protokolunun yenidən nəzərdən keçirilməsi təklif olunub. COVID-19-dan yaxşılaşan və sonradan peyvənd olunan bəzi insanlar üçün çox güman ki, yalnız bir dozanın kifayət edəcəyi fikri irəli sürülüb.

 

Bu nəticələr onu göstərir ki, bir çox ölkə peyvənd alınmasına qənaət edəcək və ehtiyac duyanların hamısının daha sürətli vaksinasiya olunmasına imkan verəcək. Tədqiqat eyni zamanda immunitet reaksiyasının etnik qruplar arasında oxşar olduğunu sübut edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama