UNFPA zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçiləri üçün tibbi yardım dəstləri tədarük edib
17.02.2021 10:51

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi ümumilikdə 32 reproduktiv sağlamlıq və tibbi ləvazimatlardan ibarət dəstin tədarük edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə çatdırılmasını yekunlaşdırıb.

 

Aztibb.az xəbər verir ki, UNFPA-nın Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, sözügedən dəstlərin tərkibinə kliniki doğuşayardım və qanköçürmə dəstləri, xəstələrə baxım üçün birdəfəlik ləvazimatlar, eləcə də infeksion xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman ləvazimatları və s. vasitələr daxildir.

 

Növbəti mərhələdə dəstlərin son münaqişədən zərər çəkmiş 8 bölgədə (Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Ağcabədi, Gəncə, Mingəçevir) fəaliyyət göstərən mərkəzi rayon xəstəxanalarının tibbi heyətinə paylanılması nəzərdə tutulur.

 

Bu fəaliyyət UNFPA-nın son münaqişə nəticəsində zərər çəkmiş bölgələrdə yaşayan mülki əhalinin humanitar ehtiyaclarının təmin edilməsi istiqamətində Azərbaycan hökumətinin səylərinə verdiyi dəstək çərçivəsində baş tutub.

 

BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqların təşviqinə çalışan BMT-nin aparıcı təşkilatıdır. Azərbaycanda fəaliyyət göstərdiyi 25 ildən artıq müddət ərzində BMT-nin Əhali Fondunun səyləri əhalinin mövcud və gələcək ehtiyaclarının müvafiq şəkildə həll olunması üçün milli siyasət və proqramların formalaşdırılması, həyata keçirilməsi və monitorinqi üçün demoqrafik məlumatların mövcudluğunu, əlçatanlığını və istifadəsini yaxşılaşdırmaq üçün milli potensialın artırılmasına yönəlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır