Həkim-reanimatoloq: "Anemiya müstəqil diaqnoz deyil, hansısa xəstəliyin əlamətidir"
17.02.2021 11:39

Anemiya (qan azlığı) özü müstəqil xəstəlik və ya diaqnoz deyil. Hansısa xəstəliyin əlamətidir. Qocalarda anemiya normal hal hesab olunmur. Bu halda qan azlığını yaş ilə əlaqələndirib səthi yanaşmaq olmaz, səbəbi araşdırmaq lazımdır.

 

Anestezioloq-reanimatoloq Şahin Məmmədov sosial şəbəkədə anemiyanın səbəbləri və görüləcək tədbirlərlə bağlı məlumat paylaşıb.

 

Həkimin sözlərinə görə, hamilələrdə qanın plazması 2 dəfə artdığı üçün Hb miqdarında azalma anemiya sayılmır. Hansısa hamilə qadında anemiya var deməyimiz üçün Hb-nin 11.5 dən az olması lazımdır. Hamilə olmayan qadınlarda anemiya 12.5 g/dl-dən, kişilərdə isə 13.5-dən azdırsa, bu, anemiya sayılır:

 

“Deməli, kişilərdə Hb-nin aşağı həddi qadınlarda olduğundan çoxdur. Çünki onlarda menustrasiya ilə qan itkisi olmur və kişi cinsi hormonu olan testosteron qanyaranmanı - hemopoezi sürətləndirir.

 

Anemiya zamanı oksigen saturasiyası və arterial qanda oksigenin parsial təzyiqi azalmalı deyil. Əgər saturasiya azdırsa, səbəb araşdırılmalıdır.

 

Anemiya zamanı qan köçürmək bütün insanlarsa Hb 7-dən aşağı düşdükdə göstərişdir. Əgər ürəyin işemik xəstəliyi varsa, belə pasiyentlərdə göstərici 10-dan aşağı düşərsə, qan köçürmək tələb oluna bilər. Çünki anemiya ürək döyüntüsünü artırır, ürəyin işemik xəstəliyində karonar qan axını azaldığı üçün ürəkdöyüntüyə yol vermək olmaz”.

 

Ş.Məmmədov həmçinin əlavə edib ki, ağır koronavirus pnevmoniyasında da hemoqlobin 10-dan azdırsa, qan köçürülməlidir. Qan köçürülməsi oksigen saturasiyasını və PaO2-ni qaldırmayacaq, lakin qanın oksigen tərkibi artacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama