Naxçıvanda qazilərimizə tibbi xidmət göstərilir
17.02.2021 10:49

“Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsində yaradılmış həkim briqadası tərəfindən Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara səhiyyə xidmətinin göstərilməsi davam etdirilir.

 

Belə ki, növbəti humanitar tibbi aksiya Babək rayonunda təşkil olunub. Aksiyada xəstəxananın 12 ixtisaslı həkim, 2 tibb bacısı və laborantdan ibarət heyəti Qarabağ müharibəsi qazilərinə evlərində tibbi xidmət göstərib. Onlar rayonun Vayxır, Hacıvar, Qahab, Gülşənabad kəndlərində və Babək şəhərində yaşayan 6 nəfər Qarabağ qazisini müxtəlif müayinələrdən keçirib, tibbi yardım göstərib, dərman və tibbi maskalarla təmin edib, müvafiq təyinat və məsləhətlər veriblər. İki qazi fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır