Mərkəzi Klinikada qastroözofagial reflüks xəstəliyindən əziyyət çəkən 8 yaşlı uşaq əməliyyat olundu
16.02.2021 17:48
Sevdiyi yeməklərə həsrət olan, daimi qusma, udmada çətinlik, uzunmüddətli müalicələr, əməliyyatlar keçirən 8 yaşlı, çəkisi 17 kq olan uşaq üzərində cərrahi əməliyyat icra olunub.
 
Uşağın sağlamlığındakı problem mədə möhtəviyyatının geriyə - yemək borusuna qayıtması, başqa sözlə diafraqmal yırtığa bağlı qastroözofagial reflüks xəstəliyi ilə bağlı olub.
 
Uşaq mədə şirəsinin davamlı olaraq yemək borusunu yandırması nəticəsində yaranan darlığa bağlı olaraq udmada ciddi çətinlik yaşayıb. Dəfələrlə yemək borusunu genişləndirmə əməliyyatı icra edilsə də, müvəqqəti müsbət effekt yaranıb, eyni problemləri təkrar-rəkrar yaşayıb. 
 
Bu məqsədlə icra olunan laporoskopik Nissen fundoplikasiyası əməliyyatı sayəsində artıq uşaqda çəki artımı müşahidə olunur, yeməklə bağlı problemləri həll olunub.
 
Əməliyyat Mərkəzi Klinikanın peşəkar həkimləri Günel Əmiraslanova, Tariyel Nadirov və Emin Verdiyev tərəfindən icra olunub. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır