ATU-nun kafedralarında müasir avadanlıqların təqdimatı olub - Fotolar
16.02.2021 10:03
Tələbələr “sintetik meyit” üzərində dərs keçəcəklər.
Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetində tədris prosesinin yaxşılaşdırılması, praktik dərslərin keyfiyyətinin artırılması üçün işlər davam etdirilir. Tələbələrin müasir standartlara uyğun təhsil almasını təmin etmək üçün praktiki məşğələlərdə son model texnologiya əsasında hazırlanmış tibbi avadanlıqlardan istifadə olunur. Bu günlərdə ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrası, həmçinin Tibbi mikrobiologiya və immunologiya kafedrası üçün əldə olunmuş yeni bu tip unikal avadanlıqların təqdimatı keçirilib.
Təqdimat mərasimlərində Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru Vaqif Şadlinski, kafedra müdiri vəzifəsini müvəqqəti icra edən dosent Anar Abdullayev, Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri professor Həqiqət Qədirova, ATU-nun tədris şöbəsinin müdiri, dosent Samir Cavadov, ATU-nun təsərrüfat və təchizat şöbəsinin müdiri Elçin Əlizadə iştirak ediblər.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasında yeni anatomik mulyajlara baxış keçirib. ABŞ-ın SynDaver şirkətinin istehsal etdiyi bu sintetik “bədən”dəki orqanlar canlı insanın əzələ, sümük-qığırdaq, damar-sinir elementlərinə maksimal dərəcədə uyğundur. Onların ölçüləri və xarici görünüşü insan orqanları ilə eynidir. Sintetik meyit mulyajından insan anatomiyası fənninin tədrisi zamanı əksər bölmələrin izahında istifadə etmək olar.
Anatomik mulyajda istifadə olunan əzələlər, daxili orqanlar, damar və sinirlər canlı toxumaların fiziki-kimyəvi, termik və mexaniki xüsusiyyətlərini imitasiya edir. Sintetik meyit modelinə sinir və damar sisteminin əsas morfoloji elementləri daxildir. Ümumiyyətlə, SynDaver şirkəti insan və heyvan toxumalarının, eləcə də bədən hissələrinin və tam bədənin ən mürəkkəb sintetik analoqlarının istehsalı ilə məşhurdur. Bu tip texnologiyalar anatomiya dərsləri, klinik-cərrahi məşğələlər zamanı insan meyitlərini əvəz etməyə imkan verir. ATU tələbələri bu cür mulyajlar üzərində açıq ürək əməliyyatlarına kimi müxtəlif növ əməliyyatların aparılmasını məşq edib öyrənə bilərlər.
Qeyd olunub ki, "SynDaver" şirkətinin təqdim etdiyi məhsulların işlədilməsi və saxlanılması xüsusi diqqət və məsuliyyət tələb edir. Sintetik insan bədənləri ayda 2 dəfə xüsusi vannalarda tələb olunan qaydada yuyulub-təmizlənməlidir. SynDaver mulyajlarına yalnız əlcəklə toxunmaq olar. İstifadə edilən xlorlaşdırılmış qranulların mulyajla birbaşa təmasına yol vermək olmaz. Hansısa prosedurun düzgün yerinə yetirilməməsi mulyajın keyfiyyətinə mənfi təsir göstərə bilər.
ATU rektoru, professor Gəray Gəraybəyli həmçinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının tədris və elmi laboratoriyaları üçün alınmış avadanlıqlarla da tanış olub. Qeyd olunub ki, kafedrada 2 tədris otağı müasir tələblərə və infeksion nəzarət qaydalarına cavab verən tərzdə qurulub. Bu tədris otaqlarında hər bir tələbə xüsusi quruluşlu laborator masalarında lazımi ləvazimatlarla təchiz edilmiş fərdi iş yeri ilə təmin olunur. İş yerində mikroskop, spirt lampası, bakterioloji ilgəklər, sınaq və əşya şüşələri, rəngləmə dəsti, mikrob kulturası və s. var. Bundan əlavə, həmin otaqlarda praktik işin təqdimatını keçirmək, animasiya və ya tədris filmi vasitəsi ilə nümayiş etdirmək üçün kompüter və proyektor da quraşdırılıb. Daha 3 otaqda tələbələr üçün individual iş yerləri yaradılıb və zəruri ləvazimatlarla təchiz edilmişdir. Kafedranın nəzdindəki digər 11 tədris otağı isə bu cür iş masaları ilə qismən təchiz edilib.
Qeyd olunub ki, kafedranın elmi-tədqiqat laboratoriyaları üçün immunferment analizin (İFA) aparılması üçün analizatorlar, immunflüoressensiya reaksiyasının (RİF) aparılması üçün lüminessent mikroskop, toxuma kulturası üçün invert mikroskop, binokulyar mikroskoplar təchiz edilib. Laboratoriyalarda həmçinin, mənfi dərəcəli soyuducu, avtoklav, biotəhlükəsizlik şkafları, quruducu şkaflar, termostatlar, sentrifuqalar, homogenizator, mikropipetlər, qidalı mühitlər, reaktivlər və s. vardır. Bütün bunlar ATU-da tələbələrin müasir səviyyəli elmi-tədqiqat işlərinin aparılmasına şərait yaradır.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

