Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin olundu
15.02.2021 17:57

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış, reabilitasiya vasitələrinə ehtiyacı olan qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatını həyata keçirir.

 

Nazirlikdən verilən məlumata görə, bu protezlər Nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində dünyanın məhşur protez istehsalçıları ilə əməkdaşlıq şəraitində qurulan sexdə hazırlanır. Həmin reabilitasiya vasitələri yüksək funksionallıq dərəcəsinə malikdir. Elektron oynaq əsasında hərəkətin tam, daha dəqiq tənzimlənməsinə imkan verir, sabit, təhlükəsiz və inamlı hərəkəti təmin edir.

 

Təqdim edilən videoçarxda qələbəmizin qəhrəmanlarından olan Əliyev Rəşad Amin oğlunun bu günlərdə yüksək texnologiyalı protezlərlə təmin edilməsi prosesi əksini tapıb. Döyüşlərdə ağır yaralanaraq ayağını itirən Rəşad bu reabilitasiya vasitəsi ilə artıq sərbəst şəkildə addımlamaq, rahat hərəkət imkanına malikdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır